GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kərəm Həsənovun xaç atası - Mohuma Heraçiyev müəmması - Çovdarovun yaxın dostu nə qədər sahibkarı güdaza verib?

Kərəm Həsənovun xaç atası - Mohuma Heraçiyev müəmması - Çovdarovun yaxın dostu nə qədər sahibkarı güdaza verib?

Tarix: 17-11-2015, 13:35 Bölmə :Ölkə Baxış: 0
Kərəm Həsənovun xaç atası - Mohuma Heraçiyev müəmması - Çovdarovun yaxın dostu nə qədər sahibkarı güdaza verib?

“MTN işi”ndə Heraçiyev izi; Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı komitədəki korrupsiya və rüşvət sistemində dönən hər bir manata nəzarət edir; Kərəm Həsənov Əli Abbasovun taleyini yaşaya bilər; Kərəm Həsənovun qızının toyunda güc nümayişi...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və ətrafı haqqında son bir neçə həftədə mətbuatda mütəmadi olaraq müxtəlif məlumatlar yayılmaqda davam edir. Komitə sədrinin gündəmə gəlməsi isə MTN naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması və komandasının həyata keçirtdiyi qanunsuzluqlar, dövlət əmlakını mənimsəmək, vəzifələrindən sui istifadə etməklə məmurları, iş adamlarını şantaj, təhdid edərək külli miqdarda vəsaitləri ələ keçirmələri ilə ittiham olunurlar.

Mətbuatda adı "MTN işi" olan prosesdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun gündəmə gəlməsi isə onun qardaşı Şahin Həsənovun MTN-nin Beynəlxalq şöbəsinin rəisi olması və sabiq nazir Eldar Mahmudovla sıcaq əlaqələrinin üzə çıxması ilə baş verib. Son 3 gündə Kərəm Həsənovun komitəsi mətbuatda yayılan xəbərlələ bağlı 2 açıqlama yayaraq məlumatların həqiqətləri əks etdirmədiyini və kimlərinsə Kərəm Həsənovun və Dövlət Əmlak Komitəsini ləkələmək məqsədi ilə bu məlumatları mətbuata ötürüldüyünü bildiriblər.

Ancaq hər kəsə məlumdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi qurum ölkənin ən dərin korrupsiya bataqlığı içində olan strukturlardan biridir. Bu qurumun rüşvətin mənbəyinə çevrilməsini isə birbaşa Kərəm Həsənovun rəhbərliyi altında baş verməsi barədə məlumatlar isə ictimaiyyətlə bərabər, iqtidar mənsublarına da bəllidir.

AzMedia.info Əmlak Məsələləri Dövlət Komitəsində baş alıb gedən korrupsiya və qanunsuz hərəkətlərlə bağlı araşdırmalara başlayıb. Bu araşdırmalarda komitə sədri Kərəm Həsənova bağlı olan idarə, xidmət rəislərinin sahibkarlardan, vətəndaşlardan qanunsuz olaraq milyonlarla manat rüşvət alaraq mənimsəmələri ilə bağlı silsiləli məlumatları oxucularımıza təqdim etməyə çalışacağıq. Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsindəki etibarlı mənbənin verdiyi məlumatlar doğurdan da bu qurumda kütləvi korrupsiya hallarının baş verdiyini göstərir.

Əmlak Komitəsinin boz kardinalı

AzMedia.info-nu məlumatlandıran mənbə bildirir ki, hər kəs ƏMDK-da Kərəm Həsənovdan sonra söz sahibi olaraq Rüstəm Şahbazovu hesab eləsə də, bu heç də belə deyil. Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı və komitədə bütün qaranlıq işlərin arxasında duran şəxs ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevdir.

Kərəm Həsənovun ümumi kotyolunun haqq hesabına baxan şəxs ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevdir. Kənardan baxanda bu vəzifə k o qədər də cəlb edici görünmür. Lakin dərinliyə gedəndə məlum olur ki, ölkədə bütün özəlləşdirilən toraqlar, obyektlər, strukturlar, əmlaklar məhz Mohuma Heraçiyevin masasından keçir. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında bu qurum Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi kimi göstərilsə də, Nazirlər Kabinetinin saytında şöbənin adı Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi qeyd olunub.

Aldığımız məlumata görə Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanovun və digər şöbələrin özəlləşdirilmək, alqı satqı və sair işlərin son nöqtəsi məhz Mohuma Heraçiyevdə dayanır. Komitə sədri Kərəm Həsənov qurumda elə bir labirint düzəldib ki, bütün əməliyyatlar sonda onun əsas adamlarının əlinin altında toplanır. Bu şəxs isə uzun illərdir Kərəm Həsənova sadiq biri olan Mohuma Heraçiyevdir.

Komitədəki mənbəmizin iddiasına görə qurumdakı şöbələrdən yığılan bütün korrupsiya pullarını da, yəni “ümumi kassanı” da Kərəm Həsənov Mohuma müəllimə etibar edib. Hazırda Mohuma Heraçiyevin komitə sədrindən başqa heç kəsi dinləmədiyi və bütün məsələləi birbaşa Kərəm Həsənova hesabat verdiyi deyilir. Şöbə müdirinin aylıq qazancının isə, milyonlarla manat olduğunu deyən mənbəmiz iddia edir ki, Kərəm Həsənov məhz özünün rüşvət və korrupsiya sisteminə Mohuma Heraçiyev vasitəsi ilə nəzarət edir. Çünki ölkənin bütün özəlləşdirilən, icarayə verilən, ikinci dəfə qeydiyyata gedən obyektlərdən, evlərdən nə qədər "gəlirin" əldə edilməsini yalnız Mohumanın rəhbrəlik etdiyi şöbənin sayəsində bilgi əldə etmək olar.

Məhz buna görə də Kərəm Həsənov komitədəki əsas maliyyə işlərini özünə yaxın müavinləri Rüstəm Şahbazova, aparat rəhbəri Azər Bəşirova deyil, Mohumaya tapşırıb. İnformasiya mənbəmiz bildirir ki, Mohuma Heraçiyevin aylıq şəxsi qazancı orta hesabla 500 min manatdan artıqdır. Bu qədər pulun ona yedizdirilməsi ilk başdan inadırıcı gəlməsə də, sonucda Kərəm Həsənov Mohuma Heraçiyevin əli ilə milyardlara nəzarət etdiyini gördükdə əslində o qədərdə çox "hesab" deyil.

Mənbə bildirir ki, Mohuma Heraçiyevin razılığı olmadan heç bir şöbə rəisi heç bir məsələdə heç kimə güzəştə gedə bilməz. Yalnız Mohuma Heraçiyevin razılığı ilə hansısa işlərdə hansısa güzəştlər ola bilər.

“MTN işi”ndə Heraçiyev izi

Məlumatlı şəxs qeyd edir ki, “MTN işi” məsələsinin bir ucu da Mohuma Heraçiyevi də vura bilər. Çünki dünən həbs edilən MTN -nin keçmiş generalı və idarə rəisi Akif Çovdarovun milyonluq obyektləri, torpaq sahələri, istixanaları, binaları, mağazaları, restoranlar birbaşa Mohuma Heraçiyevin sayəsində sənədləşdirilib. Bundan başqa ölkədəki bütün dövlət torpaqlarının məlumatlarını da, Mohuma Heraçiyev vasitəsi ilə MTN generallarına çatdırıldığı qeyd olunur.

İddiaya görə Mohumanın göstərişi ilə Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov Akif Çovdarovun milyardlıq mal mülkünün sənədlərini qısa müddətdə reysterdən keçirilməsini təmin edib. Düzdür, Akif Çovdarovun Məhəmməd İmanovla da əlaqləri olub. Lakin Mohuma Heraçiyevlə Kərəm Həsənovun MTN-nin Beynəlxalq Əlaqələri şöbəsinin rəisi işləyən qardaşı Şahin Həsənov çox yaxın dost olduqları bildirilir və bu üzdən də, MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib. Şahin Həsənovun MTN-dəki şöbəyə gətirilməsi isə Mahmudov- Çovdarov planının bir parçası olub.

Mənbə bildirir ki, Eldar Mahmudov Əmlak Komitəsinin bir neçə əsas adamını ilişdirməklə Kərəm Həsənova “kurçoq” atıb. Məhz Eldar Mahmudovla Kərəm Həsənov yaxınlaşması sonda Şahin Həsənovun MTN -də mühüm bir posta rəhbər gətirilməsi ilə nəticələnib.

İnformasiya mənbəmiz bildirir ki, Eldar Mahmodov və komandasının ölkəni talan etməsi, milyardları ələ keçirməsi işlərində birbaşa Kərəm Həsənov və komandasınında "mühüm xidmətləri" olub. MTN-çilərin cinayətlərini araşdıran istintaq qrupu artıq bu məsələdə bir çox ilginc iddaları üzə çıxardıb. Lakin bu hələ başlanğıcdır və mənbə bildirir ki,proses aylarla davam edə bilər.

Kərəm Həsənov Əli Abbasovun taleyini yaşaya bilər

Məlumatlı mənbəmiz qeyd edir ki, hazırkı durumda Kərəm Həsənovun taleyi sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovla oxşarlıq təşkil edir. Belə ki, Rabitə nazirliyində MTN banditlərinin əsas fiqurantı Aparat rəhbəri Vidadi Zeynalov idisə, Əmlak Komoitəsində də eyni fukunksiyanı Mohuma Heraçiyev daşıyıb. Məhz buna görə də həbs olunan MTN generallarının əmlakları ilə bağlı aparılan araşırmalarda Kərəm Həsənovun əsas "kilid adamı", komitənin "xaç atası" Mohuma hədəfə gələcək. Çünki məsuliyyətə cəlb olunan general, idarə rəislərinin, hətta sabiq nazir Eldar Mahmovun əmlaklarına verilən sənədlərin əksəriyyəti qanunsuzdur.

MTN banditlərinin hakimiyyət cilovlarını əllərində saxladıqları zaman Mohuma Heraçiyev və Məhəmmd İmanov üçün dövlətin qanunları yox, Eldar Mahmudovun, Akif Çovdarovun qanunları keçərli olub və bu da hazırda Kərəm Həsənov başda olmaqla digərlərinin də bu üzdən başı qaldadır. Mənbəmizin iddiasına görə Akif Çovdarov, Şahin Həsənov və Mohuma Heraçiyev üçlüyü o qədər yaxın olublar ki, sabiq MTN generalının özünün və ailəsinin xaricdəki yüksək səviyyəli istirahətlərini Mohuma Heraçiyevlə Məhəmmdə İmanov təşkil edib. Bu üçlüyə Məhəmməd İmanovun məcburi qoşulduğunu deyən mənbəmiz bildirir ki, Dövlət Reyster Xidmətinin rəisi özünün qanunsuzluqlarını ört basdır eləmək və toxunulmazlığını qorumaq üçün tez tez Şahin Həəsnov, ya da Mohuma Heraçiyev vasitəsi ilə Akif Çovdarovla görüşərdi və bu görüş onu bir xeyli məst edərdi.

Mənbəmiz qeyd edir ki, dəfələrlə bir çox iş adamları ilə Mohuma Heraçiyevin arasıdna yaranmış problemləri Akif Çovdarovun bir zəngi ilə yoluna qoyulub. Yəni Akif Çovdarov zəng edərək problem yaradanı qorxutmaqla Mohuma Heraçiyevin problemlərini yoluna qoyub. Həbs edilən generalın paytaxdakı yüzlərlə evinə verilən sənədlər isə, Heraçiyevlə İmanovun ona hədiyyələri olub.

Kərəm Həsənovun qızının toyunda güc nümayişi

Mənbəmiz onu da bildirdi ki, 2 il öncə Kərəm Həsənovun qızının toyunda komitə sədri ilə Eldar Mahmudov yana-yana oturublar və həmin masada Akif Çovdarovla Şahin Həsənovla yanaşı Mohuma Heraçiyev və Məhəmməd İmanov da oturub. Bu isə Kərəm Həsənovu bəzi rəqiblərinə öz gücünü nümayiş etdirməsi kimi anlaşılıb. Həmin toyda MTN generalları ilə Kərəm Həsənovun və ətrafının necə də, isti münasibətlər nümayiş etdirmələri hələ də toyda iştirak edənlərin xatirindədir.

Hazırda isə maraqlı məqamlardan biri isə, Kərəm Həsənov MTN-də işləyən qardaşı Şahin Həəsnovu necə qoruyacağı ilə bağlıdır. İddialara görə Eldar Mahmudovun ev dustaqlığı məsələsinin ortaya çıxmasından sonra Kərəm Həsənov qardaşı Şahin Həsənovun işə çıxmamasını və ümumiyyətlə gözə görünməməsi tapşırığını verib. Komitə sədri qardaşını proseslərdən uzaq tutmaqla hədəfdən yayınmağı düşündüyü qeyd olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənov imkanlı adamları MTN-nə necə satırmış?- KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVA 200-Ə YAXIN "İŞ" VERİB

    Kərəm Həsənov imkanlı adamları MTN-nə necə ...

    17-11-2016, 00:21

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • MTN-dəki dəstənin ölümə bais olduğuna dair sensasion iddia: Eldar Mahmudov-Kərəm Həsənov ittifaqı - VİDEO

    MTN-dəki dəstənin ölümə bais olduğuna dair ...

    4-11-2015, 15:42

  • 
  • KƏRƏM HƏSƏNOVU MTN İŞİNƏ BAĞLAYAN FAKTLAR

    KƏRƏM HƏSƏNOVU MTN İŞİNƏ BAĞLAYAN FAKTLAR ...

    24-12-2015, 22:00

  • 
  • Kərəm Həsənov və Zahid İsayev vəzifəsiz qaldılar

    Kərəm Həsənov və Zahid İsayev vəzifəsiz qaldılar ...

    23-10-2019, 18:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu