Bakıda tanışlarını öldürüb basdıran şəxslərə ağır cəza verilib.
Trend-in məlumatına görə, istintaq müəyyən edib ki, ötən ilin sentyabr ayında Bakı şəhər sakini Vüsal Rəhimov və Fuad Nurməmmədov Qaradağ rayon sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirərək Pirşağı qəsəbəsi ərazisində basdırıblar.
İlk vaxtlar R.Xəlfəyev itkin düşmüş hesab olunub. Lakin sonradan F.Nurməmmədov polisə gedərək cinayət haqqında məlumat verib.
Təqsirləndirilən şəxslər məhkəmədə R.Xəlfəyevin onlara pul borcu olduğunu və borcunu vermədiyini bildirsələr də, hakim onların cəzasını yüngüləşdirməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində cəzalarını ciddi rejimdə çəkmək şərti ilə V.Rəhimov 18, F.Nurməmmədova isə 17 il azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?