GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq yandırmışdı...

Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq yandırmışdı...

Tarix: 20-11-2015, 00:49 Bölmə :Ölkə Baxış: 0
Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq yandırmışdı...

Azərbaycanın keçmiş baş prokuroru, Serbiyadakı indiki səfiri Eldar Həsənovla əlaqələri olan, bu günlərdə korrupsiya ittihamı ilə dindirilən rumın iş adamı Tiberiu Urdareanunun şirkəti Azərbaycanda kiber-təhlükəsizlik layihəsini keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi əsasında qazanıb.

Bu haqda virtualaz.org saytına həmin layihəyə bələd olan mötəbər mənbələr məlumat veriblər.

“UTİ Group” şirkətinin sahibi olan Tiberiu Urdareanu bu günlərdə Rumıniyanın Milli Antikorrupsiya İdarəsində iri məbləğlərdə korrupsiya sövdələşmələri ittihamı üzrə dindirilib. Tiberiu Urdareanu Rumıniya siyasi elitasında güclü əlaqələrə malikdir və hökumət ortağı olan partiyanın rəhbərliyində yer alır.

“UTİ Group” Rumıniyanın kommunikasiya və qiymətli kağızlar bazarında əsas oyunçulardan biridir.

Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq yandırmışdı...

iberiu Urdareanu

Virtualaz.org saytı onu da araşdırmışdı ki, həmin şirkət Eldar Həsənov Rumıniyada səfir işləyərkən Azərbaycan bazarına daxil olub.

“UTİ Group” 2011-ci ildə Azərbaycanda “UTİ Group Azerbaijan” adlı törəmə şirkəti qeydiyyatdan keçirib. Həmin şirkət kiber təhlükəsizliyin təmin edilməsinə dair layihəni qazanıb. Tenderi Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi keçirib.

Layihənin detalları haqda məlumat yoxdur. Ancaq Azərbaycan XİN-in Azərbaycan-Rumıniya münasibətləri barədə icmalından məlum olur ki, “UTİ Group” kiber-təhlükəsizlik sahəsində proqram təminatının yaradılması layihəsini həyata keçirib.

Bu, Rumıniyanın Azərbaycan bazarına daxil olan ilk informasiya texnologiyaları (İT) şirkəti deyil. Rumıniya informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələr sırasında yer almasa da bu ölkənin SİVECO şirkəti 2004-cü ildən Azərbaycanda elektron təhsil sisteminin yaradılması layihəsini icra edir.

“SİVECO şirkəti hazırda öz fəaliyyətini elektron kənd təsərrüfatı sektoruna da genişləndirmək marağındadır”- Azərbaycan XİN-in icmalında deyilir.

Əslində Rumıniyanın İT sahəsi üzrə fəaliyyət göstərən şirkətinin Azərbaycan bazarına daxil olmasında qorxulu nəsə axtarmaq düzgün hesab edilməməli idi. Lakin haqqin.az və virtualaz.org saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev Balkanlarda korrupsiya araşdırmaları üzrə ixtisaslaşmış jurnalistlərin köməyi ilə bəzi detalların izinə düşmüşdü (E.Fətullayevin “Eldar Həsənovun hakimiyyətə qarşı “Cülyetta” əməliyyatı” başlıqlı həmin yazısı ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz- http://virtualaz.org/uzbeuz/57561

Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq yandırmışdı...

Məlum oluşdu ki, “UTİ Group” şirkətinin mərkəzi ofisində Eldar Həsənovun ən etibarlı adamı - moldovalı Leonela Lenes oturur. Xanım Leneslə E.Həsənovu qarşılıqlı inam və etimada söykənən münasibətlər birləşdirir.

E.Həsənovun Rumıniya və Balkanlardakı xüsusi əməliyyatlarının başında da elə bu moldovalı xanım dayanıb. Həmin Leonele Lenesin və onun tərcüməçi qızlarının sayəsində Azərbaycan və Şərqi Avropa ölkələrinin hökumətləri arasındakı danışıqların bütün stenoqramları E.Həsənova ötürülür.

E.Həsənov hələ Buxarestdə işləyəndə xüsusi tərcüməçi qızlar ştatları yaratmışdı. Bu qızlar səfirin və onun köməkçisi L.Lenesin yanında böyük şəxsi etimada malikdirlər.

Bakıdan Buxarestə gedən bütün nümayəndə heyətləri bu qızların “hakimiyyəti” altında olurdu. Təqdimat isə belə idi ki, onları guya bizim səfirlik yox, Rumıniya tərəfi məsləhət görüb. Səfirin özünün iştirak etmədiyi ən məxfi danışıqlardan sonra isə bu söhbətin stenoqramı E.Həsənovun masası üzərinə qoyulurdu.

Daha maraqlısı odur ki, həmin tərcüməçi qızlar Buxarestdə gedən ən yüksək səviyyəli danışıqların stenoqramını bu günə qədər də Belqrada - Serbiyadakı səfir Eldar Həsənovun hazırkı iş yerinə yollayırlar.

Məhz casus filmlərinin süjetini xatırladan bu əməliyyat Eldar Həsənovun mafioz rumın dostunun şirkətinin Azərbaycanda strateji layihəni alması ilə bağlı narahatlıqlar meydana çıxarıb.

“UTİ Group” şirkəti Azərbaycanda dövlət strukturlarının saytlarının, kompüter şəbəkələrinin kiber-hücumlardan müdafiə edən proqram təminatını hazırlayıb.

Eldar Mahmudov Eldar Həsənova necə yaşıl işıq yandırmışdı...

O zaman şübhə yaranır: həmin şirkət dövlət strukturlarının kompüter şəbəkələrinə təsadüfən Eldar Həsənova lazım ola bilən casus proqramları yerləşdirməyib ki? Hər halda bu layihə haqda araşdırma aparmağa dəyər...

Həmin layihənin rumın şirkətinə verilməsinə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun razılığının alınması görünür, həm də onunla bağlı olub ki, kiber-təhlükəsizlik strateji əhəmiyyət kəsb edir və bu sahəyə həm də xüsusi xidmət orqanları cavabdehlik daşıyır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbələrdən məlum olub ki, əvvəlcə həmin layihəni eston şirkətinə vermək nəzərdə tutulmuşdu. Lakin E.Mahmudovun göstərişi ilə layihə rumın şirkətinə verilib.

Habelə rabitə nazirinin müavini Elmir Vəlizadənin və nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun (E.Mahmudovdan sonra işdən çıxarılıb) da layihənin həmin şirkətə verilməsində rolu olub.

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov üzə çıxdı

    Eldar Mahmudov üzə çıxdı ...

    26-10-2015, 17:39

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudov istintaqda saatlarla dindirilib -YENİLƏNİB

    Eldar Mahmudov istintaqda saatlarla dindirilib ...

    10-11-2017, 14:01

  • 
  • Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA CAPİTAL LİMİTED”

    Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA ...

    10-11-2018, 17:00

  • 
  • İstintaqda 3 saat dindirilən Eldar Mahmudovun yeni - FOTOLARI

    İstintaqda 3 saat dindirilən Eldar Mahmudovun ...

    10-11-2017, 15:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu