GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə yeni qaydalar qüvvəyə minib

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə yeni qaydalar qüvvəyə minib

Tarix: 20-11-2015, 01:21 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə yeni qaydalar qüvvəyə minib

Azərbaycan prezidenti İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, sözügedən qanunun 19-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda aktivlərin dondurulması ilə əlaqədar işlər üzrə icraatın aparılması qaydasını müəyyən etmək məqsədi ilə Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunun layihəsini 3 ay müddətində hazırlamaq, aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydasını 3 ay müddətində müəyyən etmək və bu barədə prezidentə məlumat vermək tapşırılıb.

Qeyd edək ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununa aşağıdakı dəyişikliklər edilib:

7.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin: “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri və həmin aktivlərlə əməliyyatlar”;

Aşağıdakı məzmunda 7.3-1-ci və 7.3-2-ci maddələr əlavə edilsin:

“7.3-1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ölkədaxili siyahıdan və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən beynəlxalq siyahıdan ibarətdir. Hər iki siyahı müəyyən edildikdən sonra maliyyə monitorinqi orqanı tərəfindən təsdiq olunur, dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir, birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir.

7.3-2. Müvafiq icra hakimiyyəti orqanının şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil edilməsi barədə qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.”;

Aşağıdakı məzmunda 11.4-1-ci maddə əlavə edilsin:

“Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı maliyyə monitorinqi orqanının rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərin aktivlərinin həmin şəxslərə xəbərdarlıq etmədən təxirəsalınmadan dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. Maliyyə monitorinqi orqanına məlumat verildiyi vaxtdan iki iş günü ərzində aktivlərin dondurulması barədə maliyyə monitorinqi orqanının qərarı daxil olmazsa aktivlərin dondurulması üzrə tədbirlər ləğv edilir.”;

Aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

“Maddə 11-1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması tədbirlərinin əhatə dairəsi

11-1.1. Bu qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və ya hüquqi şəxsin birbaşa və ya dolayısı ilə sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxsin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində (birgə və ya paylı) olan, həmin şəxs tərəfindən idarə və ya nəzarət olunan aktivlər, habelə belə əmlak vasitəsi ilə əldə edilmiş digər aktivlər dondurulmalıdır.

11-1.2. Bu qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərin aktivləri həmin aktivlərin hər hansı terrorçuluq və ya terrorçuluğun maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq dondurulmalıdır.

11-1.3. Bu qanunun 19-1.10-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, aktivlər şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduğu müddətdə dondurulmuş saxlanılmalı və şəxs siyahıdan çıxarıldıqdan dərhal sonra azad edilməlidir.

11-1.4. Azərbaycan ərazisində fiziki və ya hüquqi şəxslər tərəfindən istənilən aktivin bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərin bilavasitə və ya dolayısı ilə sahibliyinə, istifadəsinə və ya sərəncamına verilməsi, bu aktivlərdən həmin şəxslər tərəfindən hər hansı bir formada mənfəət əldə edilməsinə şərait yaradılması qadağandır”.

Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:

“Maddə 19-1. Aktivlərin dondurulması

19-1.1. Maliyyə monitorinqi orqanına bu qanunun 7.2.5-ci maddəsinə əsasən təqdim edilmiş məlumatın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxsə, habelə həmin şəxsin sahibliyində və ya nəzarətində olan hüquqi şəxsə, o cümlədən bu şəxsin adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxsə aid olduğu müəyyən edilərsə maliyyə monitorinqi orqanı iki iş günü ərzində aktivlərin ilkin dondurulması haqqında qərar qəbul edir. Aktivlər maliyyə monitorinqi orqanı tərəfindən 30 gün müddətinə dondurulur.

19-1.2. Aktivlərin dondurulması haqqında qərarın bir nüsxəsi icra edilməsi üçün həmin məlumatı verən monitorinq iştirakçılarına və ya monitorinqdə iştirak edən digər şəxslərə, digər nüsxəsi isə müvafiq sənədlərlə birlikdə dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.

19-1.3. Bu qanunun 19-1.2-ci maddəsində nəzərdə tutulmuş məlumatın araşdırılması zamanı cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən edilərsə, müvafiq icra hakimiyyəti orqanı aktivlərin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması və ya əmlak üzərinə həbs qoyulması üçün tədbirlər görür.

19-1.4. Bu qanunun 19-1.2-ci maddəsində nəzərdə tutulmuş məlumatda cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar mövcud deyilsə, müvafiq icra hakimiyyəti orqanı ilkin yoxlama apararaq aşağıdakı halları müəyyən etdikdə, aktivlərin ilkin dondurulması haqqında maliyyə monitorinqi orqanının qərarında nəzərdə tutulmuş müddətin bitməsinə ən azı 15 gün qalmış, aktivlərin yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması barədə müraciət edir:

19-1.4.1. aktivləri dondurulması nəzərdə tutulan şəxs terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxs, habelə həmin şəxsin sahibliyində və ya nəzarətində olan hüquqi şəxs, o cümlədən bu şəxsin adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxs olduqda;

19-1.4.2. aktivləri dondurulması nəzərdə tutulan şəxs terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olmasa da onun terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, həmin əməllərin törədilməsinə kömək və ya həmin əməllərin törədilməsinə cəhd ilə əlaqədar olmasına dair kifayət qədər əsaslar müəyyən edildikdə, o cümlədən xarici dövlətin səlahiyyətli orqanlarından daxil olmuş bu barədə müraciətlər əsaslı hesab edildikdə.

19-1.5. Bu qanunun 19-1.4.1-ci və ya 19-1.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar təsdiq edilərsə, məhkəmə aktivlərin ilkin dondurulması haqqında maliyyə monitorinqi orqanının qərarında nəzərdə tutulmuş müddət bitənədək aktivlərin dondurulması haqqında qərar qəbul edir.

19-1.6. Məhkəmənin aktivlərin dondurulması haqqında qərarı maliyyə monitorinqi orqanına və aktivləri dondurulmuş şəxsə göndərilir. Aktivləri dondurulmuş şəxs məhkəmənin aktivlərin dondurulması haqqında qərarından yuxarı instansiya məhkəməsinə şikayət verə bilər.

19-1.7. Maliyyə monitorinqi orqanı məhkəmə qərarı əsasında fiziki və ya hüquqi şəxsin aktivlərinin dondurulması barədə məlumatları dərhal rəsmi internet səhifəsində yerləşdirir, nəzarət orqanlarına, habelə birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərir. Maliyyə monitorinqi orqanı aktivləri dondurulmuş şəxslərə onların aktivlərinin dondurulmasının əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə aktivlərin dondurulmasının ləğv edilməsi proseduru barədə məlumatı müvafiq qərarı aldığı vaxtdan 1 gün müddətində yazılı qaydada verir.

19-1.8. Aktivlərin dondurulması haqqında məhkəmə qərarı əsasında fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması üzrə tədbirlər həmin qərar ləğv edilənədək davam etdirilməlidir.

19-1.9. Fiziki və ya hüquqi şəxsin aktivlərinin dondurulması üçün əsaslar aradan qalxdıqda məhkəmə aktivləri dondurulmuş şəxsin və ya müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qərar qəbul edir.

19-1.10. Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna dəyişikliklər təsdiq olundu

    Terrorçuluğun maliyyələşdirilməsinə qarşı ...

    17-10-2018, 21:58

  • 
  • BAŞ PROKUROR YANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİNİN SƏLAHİYYƏTLƏRİ ARTIRILIB

    BAŞ PROKUROR YANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ...

    9-10-2018, 00:13

  • 
  • İlham Əliyev “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb

    İlham Əliyev “Banklar haqqında” qanunda ...

    12-01-2018, 13:05

  • 
  • İlham Əliyev 15 sərəncam, 8 fərman imzaladı

    İlham Əliyev 15 sərəncam, 8 fərman imzaladı ...

    13-07-2017, 10:00

  • 
  • İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər haqqında fərman imzaladı

    İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər ...

    10-01-2015, 21:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu