Bakıda 20 yaşlı qız sevdiyi 40 yaşlı kişi ilə qaçıb.
Milli.Az-ın verdiyi xəbərə görə, qızın anası, Bakı sakini, 1966-cı il təvəllüdlü Fatimə Quliyeva (şərti) 102 xidmətinə müraciət edərək bildirib ki, qızı 1995-ci il təvəllüdlü Aysel (şərti) evlənmək məqsədi ilə Kamran adlı şəxsə qoşulub qaçıb.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, 20 yaşlı qızı qaçıran Bakı sakini, 1975-ci il təvəllüdlü Kamran Əliyevdir (şərti). K.Əliyevin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?