İcra Başçısı R.Cəbrayılovdan şıkayətçi olduğuma görə rayonun baytarlıq idarəsinin müdiri Ə.Nadirova məni şərlətdirərək barəmdə qondarma cinayət işi açdırıb
Redaksiyamıza Laçın rayonunun Qarakeçdi kənd sakini Həsənov Astan Əhliman oğlunun adından şikayət məktubu daxil olub. Məktubu olaraq olduğu kimi təqdim edir və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk: “Bildirirəm ki, 2011-ci ilin dekabr ayının 8-dən Laçın rayon İcra Başçısı R.Cəbrayılovun sifarişi ilə Laçın Rayonun hüquq mühafizə orqanları məni qanunsuz olaraq süründürür. Belə ki, Laçın rayon İcra Başçısı R.Cəbrayılovdan şıkayətçi olduğuma görə rayonun baytarlıq idarəsinin müdiri Ə.Nadirova məni şərlətdirərək barəmdə qondarma cinayət işi açdırıb. Toplanmış materiallar Laçın rayon Məhkəməsində baxılarkən ciddi qanun pozuntularına yol verildiyi müəyyən olunduqdan sonra istintaqı aparmış Laçın RPŞ-nın istintaq bölməsinin sabiq rəisi Ə.Şəmiyev bardə xüsusi qərar çıxarmaqla iş yenidən istintaqa qaytarıldı. Nədənsə hal- hazıra kimi Ə.Şəmiyev barədə DİN heç bir tədbir görməyib. Üzümə durmağa məcbur edilmiş şahidlər təziqlərə məruz qalaraq izahat verdiklərini bildirdikdə onların abyektiv izahat vermələrinə rayon prokuroru M.Bayramov və PŞ-nin istintaq bölməsinin rəisi N.Məmmədov imkan vermədi. Bu qanunsuzluğa öz etirazımı bildirdikdə royon Prokuroru mənə bildirdi ki, “get İcra Başçısından üzr istə, barəndə açılmış cinayət işinə xitam verim”. Rayon Prokuroru M.Bayramova bildirəndə ki, sizin qanunsuz əməllərinizdən Baş Prokurorluğa şikayət edəcəm mənə bildirdi ki, “Baş Prokuror Z.Qaralov mənim qohumumdu, sənə görə mənə gözün üstə qaşın var deyən olmaz. Yazdığın şikayət ərizələri də mənə göndərilir. Əlin hara uzundu ora qoy”. Himayəmdə üç azyaşlı övladımın olduğunu və heç bir günahım olmadan İcra Başçısının sifarişi ilə barəmdə cinayət işinin açılmasını qanuna-zidd hərəkət olduğunu bildirsəm də, M.Bayramov buna heç bir məhəl qoymadı. Odur ki, media vastəsiylə Baş Prokuror Cənab Z.Qaralova müraciət edirəm. Çox xahiş edirəm məni M.Bayramovun qanunsuz əməllərindən qoruyun”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?