Məşhur teleaparıcı Hüsniyyə Məhərrəmova televiziyadan uzaqlaşıb.
Publika.az-a açıqlama verən aparıcı bundan məyus olmadığını bildirib. O, hər zaman yeni iş təkliflərinə açıq olduğunu bildirib.
"Televiziyadan tamam olmasa da, demək olar, qismən ayrılmışam. Uzaqlaşmağıma səbəb isə daha yaxşı təklif almağımdır. Mən hazırda müxtəlif layihələr üzərində işləyirəm. Burada televiziyaya aidiyyatı olmayan layihələr də var. Mən hərtərəfli insanam", - deyərək gülümsəyib.
O, indiyədək müxtəlif telekanallardan aparıcılıq təklifi aldığını da söyləyib:
"Telekanallardan aparıcılıq təklifləri indi də gəlir. Amma deyə bilmərəm ki, təkliflərin sayı-hesabı yoxdur. Sadəcə, indi ATV kanalında çalışdığım üçün digər kanallarda görünməyim doğru olmur. Belə bir problem yaşayıram".
Qeyd edək ki, Hüsniyyə Məhərrəmova uzun illər İctimai televiziyanın aparıcısı olub. Daha sonra o, yolunu "Eurovision" təşkilat komitəsində davam etdirib və yarışmanın aparıcısı və şərhçisi olub. Hazırda isə ATV telekanalında "Beşinci elemet" verilişində 4 aparıcıdan biridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?