APA-nın xəbərinə görə, hadisə rayonun Bığır kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Alməmmədov Azər Seyfalı oğlu yaşadığı evin zirzəmisində hər iki qolunun damarlarını bıçaqla kəsib. Ailə üzvləri hadisədən gec xəbər tutublar və Azər Alməmmədov çoxlu qan itirdiyi üçün dünyasını dəyişib.
İki uşaq atasının özünə qəsd etməsinin dəqiq səbəbi hələlik məlum deyil. Ailə üzvlərinin sözlərinə görə, A. Alməmmədovun son vaxtlar nevroloji problemləri olub və müalicə olunub.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?