GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Laçın” Vergilər Nazirliyinə meydan oxuyur

“Laçın” Vergilər Nazirliyinə meydan oxuyur

Tarix: 28-02-2013, 11:13 Bölmə :Ölkə Baxış: 854
“Laçın” Vergilər Nazirliyinə meydan oxuyur

Ticarət Mərkəzində kassa aparatı adı çəkənə xor baxırlar

Qəzetimizin ötən saylarında paytaxtın ən böyük ticarət mərkəzlərindən sayılan “Laçın” Ticarət Mərkəzində baş verən qanunsuzluqlardan, icarədarların rəhbərlik tərəfindən necə, hansı üsullarla istismar edilməsindən bəhs etmişdik. Vurğulamışdıq ki, ticarət mərkəzinin rəhbərliyinin arenda qiymətlərini fantastik dərəcədə artırması icarədar və satıcıları istehlakçılara keyfiyyətsiz məhsulları baha qiymətə satmaq məcburiyyəti ilə üz-üzə qoyur. Bugünlərdə məlum ticarət mərkəzi ilə bağlı redkasiyamızı bilgiləndirən özəl mənbə, “Laçın” Ticarət Mərkəzinin vergi maxinasiyaları ilə bağlı da maraqlı informasiyalar çatdırıb. Mənbənin verdiyi ən mühüm xəbərlərdən biri ticarət mərkəzində kassa aparatılarının olmaması ilə bağlıdır.

Ticarət Mərkəzində kassa aparatları niyə yoxdur?

Mənbənin sözlərinə görə, bu günün özündə də kassa aparatları olmadan fəaliyyət göstərən ticarət mərkəzi bununla vergidən külli miqdarda vəsait yayındırır ki, bu da nəticə etibarilə ölkə büdcəsinə ziyan vurur: “Ticarət mərkəzində kassa aparatları yoxdur. İşin ən maraqlı tərəfi isə bu durumun nə satıcıları, nə də mərkəz rəhbərliyini narahat etməməsidir. Satıcılar uzun illərdir ki, kassa aparatları olmadan fəaliyyət göstərməyə o qədər öyrəniblər ki, bu gün ticarət mərkəzində kassa aparatının adını çəkən şəxslərə yad planetdən gələn insanlar kimi baxırlar. Nə qədər qəribə də olsa Vergilər Nazirliyinin ticarət mərkəzində vaxtaşırı təftiş aparmalı olan əməkdaşları da kassa aparatlarının yoxluğu ilə bağlı hər hansı müvafiq addım atmır. Bu isə vergidən yayınmaq üçün ciddi zəmin yaradır ki, nəticədə hər ay xeyli miqdarda pul dövlət büdcəsi əvəzinə müxtəlif şəxslərin cibinə axır. Məhz bu səbəbdən də başda rəhbərlik olmaqla bəzi şəxslər kassa aparatlarının mövcudluğuna maraq göstərmir”.

Dövlətə badalaq atmaqla əldə edilən imtiyaz

Bilgili qaynağın məlumatına görə, ticarət mərkəzində kassa aparatlarının mövcud olmaması rəhbərlik tərəfindən xüsusi imtiyaz hüququ kimi dəyərləndirilməkdədir: “Laçın” rəhbərliyi nəinki ticarət mərkəzində kassa aparatlarının mövcudluğuna səy göstərmir, əksinə bəzən kassa aparatlarının yoxluğu ilə fəxr edir, bunu ticarət mərkəzinin malik olduğu xüsusi imtiyazla izah edir. Laçın rəhbərliyi hesab edir ki, əslində kassa aparatlarının yoxluğu ilə arendatorlar fəxr etməli və anlamalıdırlar ki, onların icarədar olaraq çalışdıqları məkan sıradan bir alqı-satqı mərkəzi deyil. Bura qanunlara meydan oxuyan bir mərkəzdir ki, bu da kassa aparatlarının yoxluğu həqiqəti ilə isbatlanmaqdadır. Bir sözlə, “Laçın” Ticarət Mərkəzi sözün həqiqi mənasında Vergilər Nazirliyi və onun simasında dövlətə meydan oxumaqdadır ”.

“Post-terminal – o nə olan şeydir?”

Məlumatlı qaynağın sözlərinə görə, ticarət mərkəzində kassa aparatları ilə yanaşı post-terminal avadanlığı da mövcud deyil. Məhz bu səbəbdən də bu gün “Laçın” Ticarət Mərkəzində çalışan şəxslərin çoxu post-terminal anlayışının ümumiyyətlə nə olduğu haqqında məlumatlı deyil: “Ticarət mərkəzində kassa aparatları kimi post-terminal avadanlığı da mövcud deyil. Buna görə də ticarət mərkəzindən alqı satqı edən vətəndaşların hamısı yalnız nəğd pulla alış-veriş etmək məcburiyyəti qarşısında qalırlar. Bu isə heç də bütün vətəndaşların maraqlarına cavab vermir. Ümumiyyətlə, ticarət mərkəzi günün tələblərinə ayaq uyğunlaşdırmaq baxımından o qədər geri qalır ki, hətta icarədar və satıcıların bir çoxu post-terminal anlayışı haqqında primitiv bilgiyə sahib deyillər. Ticarət mərkəzində post-terminalla bağlı söhbət düşən zaman qarşı tərəfin verdiyi ilk reaksiya – “o nə olan şeydir” ifadəsi olur. Bir sözlə, “Laçın” Ticarət Mərkəzi çağdaş dünyada təmsil olunsa da, bu dünyanın tərkib hissəsindən daha çox onun əlavəsi olan bir mərkəz kimi fəaliyyət göstərir və yazılanlardan da göründüyü kimi, bu mərkəzin günün tələbləri ilə uyuşması üçün ciddi islahatlara ehtiyac var”.

“Bizim öz qanunlarımız var”

Bilgili mənbənin məlumatına görə, ticarət mərkəzinin rəhbərliyi “Laçın”da çalışan şəxslərin hüquq və mənafeyinə hörmət etmir, mərkəz daxili əlaqələri kobud idarəetmə üsulu əsasında tənzimləməyə çalışır: “Laçın” Ticarət Mərkəzinə xas olan əsas problemlərdən biri də idarəetmə sisteminin kobud qaydalar əsasında həyata keçirilməsi, bu zaman ticarət mərkəzində çalışan vətəndaşların hüquq və maraqlarının nəzərə alınmamasıdır. Ticarət mərkəzini sərt və qaba üsullarla idarə edən rəhbərlik satıcı və icarədarların narazılığını nəzərə almır, qarşı tərəfin maraqlarını tapdalamaqla mövcud narazılıqların daha da artmasına səbəb olur. Rəhbərlik öz etirazını büruzə verən şəxslərə bildirir ki, “Laçın”ın öz qanunları var və burada hər şey məhz bu qanunlarla idarə olunur. Əgər kimsə bundan narazıdırsa o zaman ticarət mərkəzini tərk edə bilər. Bir sözlə, nəhəng ticarət mərkəzində mənəvi-psixoloji durum olduqca ağırdır vəı belə davam edəcəyi təqdirdə Binə-Sədərk olaylarının bu kəs “Laçın”da yaşanması qaçınılmaz olacaq”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda ticarət mərkəzində yanğın

    Bakıda ticarət mərkəzində yanğın ...

    8-11-2015, 16:46

  • 
  • Bakının mərkəzindəki ticarət mərkəzində HƏYƏCAN

    Bakının mərkəzindəki ticarət mərkəzində HƏYƏCAN ...

    30-08-2014, 11:30

  • 
  • Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı

    Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı ...

    8-12-2012, 10:45

  • 
  • “Laçın” ticarət mərkəzinin sahibi iş otağında öldü – “MTN işi” ilə bağlılığı varmı?

    “Laçın” ticarət mərkəzinin sahibi iş otağında ...

    17-11-2015, 16:08

  • 
  • DİN Sumqayıtda “Karvan” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

    DİN Sumqayıtda “Karvan” ticarət mərkəzində baş ...

    10-10-2014, 13:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu