GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Çəkdiyim əziyyətə görə mənə 1000 ABŞ dolları verdi”

“Çəkdiyim əziyyətə görə mənə 1000 ABŞ dolları verdi”

Tarix: 23-11-2015, 17:07 Bölmə :Ölkə Baxış: 0
“Çəkdiyim əziyyətə görə mənə 1000 ABŞ dolları verdi”

Məhkəmə prokurorluğun şikayətinə əsasən dələduzluq edən şəxsin cəzasını artırdı

Şəki şəhər sakini, 1965-ci il təvəllüdlü Vüqar Əlizadə vətəndaşların pulunu mənimsəyərək, onlara qarşı dələduzluq edib. O, həbs olunana kimi Şəki şəhərində daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçiliklə məşğul olub. Elə bu vasitə ilə də vətəndaşların çoxunu aldadıb.

Məlumat üçün bildirək ki, Vüqar Əlizadə bundan əvvəldə dələduzluq etdiyi üçün Şəki Rayon Məhkəməsində 2012-ci ildə mühakimə olunub. Həmin vaxt o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib. Şəki Rayon Məhkəmənin hökmü ilə Vüqar Əlizadə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Vüqar Əlizadə həbsxanada olduğu müddətdə daha bir neçə vətəndaşın şikayəti əsasında Vüqar Əlizadənin barəsində yenidən istintaq hərəkətləri aparılıb. İstintaq orqanı növbəti dəfə Vüqar Əlizadəni Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edib.

İttihama görə, Rəcəb Quluzadə torpaq sahəsi almaq məqsədilə Şəki şəhərində daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçiliklə məşğul olan Vüqar Əlizadəyə müraciət edib. Vüqar Rəcəb Quluzadənin nağd pul vəsaitinin olmasını bilib və onun əmlakını talamaq qərarına gəlib. Buna görə də o, 10 fevral 2004-cü il tarixdə özü ilə Rəcəb Quluzadəni Şəki şəhərindəki “üç güyüm” adlanan dairəvi yolun yaxınlığında yerləşən əraziyə gətirub. Vüqar həmin ərazidə olan 0,06 hektar olan torpaq sahəsini Rəcəb Quluzadəyə göstərib və guya həmin torpaq sahəsinin ona satılmasını təşkil edəcəyi barədə yalan vəd verib. Vüqar Əlizadə bu səbəbdən Rəcəb Quluzadədən beh adı ilə 394 manat alıb.

Vüqar Əlizadə bir neçə gün sonra Rəcəb Quluzadənin yaşadığı Şəki şəhəri, Salman Mümtaz küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib. O, guya təcili satılan və 20000 ABŞ dolları dəyərində olan

fərdi yaşayış evini onun üçün 5000 ABŞ dollarına alacağı barədə yalan vəd verib. Həmin vaxt ondan 4600 ABŞ dolları alıb. Bununla da o, Rəcəb Quluzadənin 5000 ABŞ dollarını mənimsəyib.

Bir qadına iki dəfə dələduzluq

Vüqar Əlizadənin növbəti “qubanı” Zənfirə Məhərrəmova olub. O, Zənfirəyə məxsus Şəki şəhəri, C.Cabbarlı küçəsi, 20 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasını təşkil edərək həmin şəxsin inamını qazanıb.

Vüqar Əlizadə Zənfiradan həmin satışdan əldə edilmiş pulu olduğunu bilib. Onun əmlakını aldatma və etibarından sui-istifadə etməklə qanunsuz ələ keçirmək qərarına gəlib. O, Zənfirə Məhərrəmovanın kirayədə yaşadığı Şəki şəhərində yerləşən evə gəlib və biznes fəaliyyəti ilə məşğul olmadığı halda, ona guya öz şəxsi biznesində istifadə etməsi üçün pula ehtiyacı olduğunu bildirib. Vüqar Əlizadə aldığı pulu qısa müddət ərzində qaytaracağı barədə yalan vəd verib və ondan 2000 ABŞ dollarını ələ keçirib.

Daha sonra Vüqar Əlizadə kirayədə yaşayan Zənfirə Məhərrəmovanın ev almaq niyyətində olduğunu bilib. O, 2007-ci ilin noyabr ayı ərzində ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə guya almasını təşkil etdiyi yaşayış evinin satıcısına çatdıracağı barədə yalan vədlər verib. O, Zənfiranı aldadaraq növbəti dəfə 1500 ABŞ dollarını alıb.

Özgənin evini girov qoydu, bankın 35 min manatını mənimsədi

Bundan başqa, Vüqar Əlizadə tanışı Təyyar Həsənovun mülkiyyətində olan, Şəki şəhəri, M.Əzizbəyov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasını təşkil edəcəyini vəd edib. O, fərdi yaşayış evi üzərində sərəncam verməyə icazə verən, notarius tərəfindən təsdiq edilmiş 11 oktyabr 2007-ci il tarixli etibarnamədən istifadə edərək, həmin fərdi yaşayış evini Təyyar Həsənovun məlumatı olmadan “KredAgro” Qeyri Bank Kredit Təşkilatı adlanan “KredAgro” BOKT Qapalı Səhmdar Cəmiyyətinə girov qoyub

və 35000 manat məbləğində kredit götürmək məqsədini həyata keçirmək istəyib.

Vüqar Əlizadə həmin ünvanda Təyyar Həsənov, İlahə Həsənova, İlkin Qurbanzadə, Şəhanə Qurbanzadə, Aybəniz Qurbanzadə və Rafiq Səmədov Rafiq İsrail oğlu qeydiyyatda olduqlarını bildiyi halda, guya yalnız Təyyar Həsənovun qeydiyyatda olması barədə ev sahibinin məlumatı olmadan Şəki Şəhər İcra Hakimiyyətinin “Gəncəli” məhəllə nümayəndəsindən 22 oktyabr 2007-ci il tarixli 258 nömrəli, bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan saxta arayış alıb. O, öz cinayətkar niyyətini həyata keçirməsi üçün Təyyar Həsənova və onun həyat yoldaşı İlahə Həsənovaya qeyd edilən çıxarışı ala bilməsi üçün yalan məlumat verib. O, bildirib ki, guya bununla bağlı İlahə Həsənovanın notarial qaydada təsdiq edilmiş ərizə verməlidir.

Vüqar Əlizadə bu adla həmin şəxsləri aldadaraq özü ilə Şəki şəhərində yerləşən notariat kontoruna gətirib. O, həmin notariat kontorunda İlahə Həsənova mahiyyətini dərk etmədən onun sözlərindən həmin fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə və girov qoyulmasına etirazının olmaması barədə ərizə yazaraq imzaladıb.

Bundan sonra Vüqar Əlizadə Təyyar Həsənovun razılığı olmadan Şəki şəhəri, M.Əzizbəyov küçəsi, 49 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi “KredAgro” Bank Olmayan Kredit Təşkilatı QSC-yə girov qoyub. Bununla da o, kredit müqaviləsi əsasında qeyd edilən kredit təşkilatından 35000 manat məbləğində kredit alıb. Vüqar Əlizadə həmin pul vəsaitini ələ keçirib, götürdüyü krediti ödəməməklə həm Təyyar Həsənova, həm də “KredAgro” Bank Olmayan Kredit Təşkilatı QSC-yə külli miqdarda ziyan vurub.

Vüqar Əlizadənin növbəti dələduzluq planı 2008-ci ilin avqust ayında olub. O, Namiq Əzimovun əmlakını qanunsuz ələ keçirmək qərarına gəlib. Vüqar Əlizadə Namiq Əzizovla birgə makler fəaliyyəti ilə məşğul olduqlarından aralarında yaranmış etibardan sui-istifadə edib. O, Namiq Əzizova guya qısa müddət ərzində qaytaracağı barədə yalan vədlər

verməklə ayrı-ayrı vaxtlarda, ümumilikdə 9800 ABŞ dollarını ələ keçirib.

Bir qadını üç dəfə aldatdı

Vüqar Əlizadə 9800 ABŞ dollarını ələ keçirəndən sonra dələduzluq planlarına iki il ara verib. O, 2 il keçən müddətdən sonra növbəti dələduzluq planını 2011-ci ilin noyabr ayında həyata keçirib. Bu dəfə Vüqar Əlizadənin dələduzluq planını “qurbanı” olan yenə də Zənfirə Məhərrəmov olub. O, Zənfirə Məhərrəmovaya alması üçün guya Şəki şəhərində ev tapdığını bildirib. Vüqar Əlizadə guya həmin evi Zənfiranın adına rəsmiləşdirməsi ilə bağlı xərcləyəcəyi barədə yalan vəd verməklə aldadıb. Bununla da Zənfiranın qiyməti 200 manat olan qızıl üzüyünü və 70 manatını alıb.

Vüqar Əlizadə Zənfiranı aldadandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarıldığını bilib. Buna görə də dələduzluq planlarını yarımçıq qoyaraq gizlənməyə məcbur olub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Əlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Vüqar Əlizadənin cəzasının ağırlaşdırılmasını istəyib.

“200 dollar beh aldım”

Həmçinin Vüqar Əlizadə də apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Hər iki tərəfin şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Vüqar Əlizadə bildirib ki, 2000-ci illərdən makler fəaliyyəti ilə məşğul olub: “Həmin vaxtlarda Rəcəb Quluzadə ev tikmək üçün həyətyanı torpaq sahəsi axtararkən makler kimi mənə müraciət edib. Rəcəbi özüm ilə Şəki şəhərinin “3 güyüm” adlanan dairəvi yolundan təxminən 300-400 metr aşağıda yerləşən əraziyə gətirərək satlıq torpaq sahəsi göstərdim. Həmin torpağın ərazisi 6 sot olub, həmin 6 sot torpaq sahəsinin içərisində 3

otağının bünövrəsi qalxmış yarımçıq tikili də olub. Torpaq sahəsi Rəcəbin xoşuna gəldi və almaq istədiyini bildirdi. Torpağı qiymətini 600 dollara razılaşdım, həmin şəxsdən 200 dollar beh aldım. Lakin hazırda uzun müddət keçməsi ilə bağlı xatırlamadığımdan adını bilmədiyim torpağın sahibi torpağı öz adına sənədləşdirə bilmədi. Buna görə də orpağı Rəcəbə sata bilmədim”.

“Mənə 1000 ABŞ dolları verdi”

Vüqar Əlizadə ifadəsində Təyyar Həsənovun evini girov qoymaqla bankdan götürdüyü 35 min manatı mənimsəməsini etiraf etməyib. O, bildirib ki, bankdan götürülən pulu Təyyarın atası Qurbana verib. Onun sözlərinə görə, Qurban da oğlu Təyyarla birlikdə heyvandarlıq təsərrüfatı ilə məşğul olub: “Bankdan götürdüyüm 35000 manatı Təyyarın yanında sayaraq Qurbana verdim. Qurban da çəkdiyim əziyyətə görə mənə 1000 ABŞ dolları verdi. Mən də həmin pulun hamısını filial müdiri ilə bölüşdürməsi üçün kredit verən mütəxəssis Zaura verdim. Özümün isə bu məsələdən heç bir qazancım olmayıb”.

Həmçinin, Vüqar Əlizadə ifadəsində Namiq Əzimovdan və Zənfirə Məhərrəmovadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul almasını təsdiq edib. O, hər iki şəxsdən aldığı pulları geri qaytardığını bildirib.

Zərərçəkmiş Zənfirə Məhərrəmova bildirib ki, qızı Aynurənin ruhi xəstəliyi ilə bağlı müalicəsi çətin olduğu üçün ona pul lazım olub və bu məqsədlə Şəki şəhərində olan evini satmaq qərarına gəlib: “2006-ci ildə oğlum Anarla birlikdə Şəki şəhər bazarının yaxınlığındakı ofisdə ev alqı-satqısı ilə məşğul olan Ramiz və Namiq adlı maklerlərə müraciət etdim. Həmin vaxt Namiq evimin ünvanını götürdü, bir neçə gündən sonra Namiq makler yoldaşı Ramizlə birlikdə evimə gəldilər. Onlar evə baxaraq, 5000 ABŞ dollarına sata biləcəklərini dedilər. Mən də buna etiraz etmədim. Bundan sonra evlə Namiqin makler yoldaşı Vüqar adlı şəxs maraqlanmağa başladı. Bir neçə gündən sonra Vüqar evimi Arzu adlı şəxsə sataraq mənə 5000 min ABŞ dolları verdi. Elə həmin gün evdən çıxaraq kirayədə yaşamağa başladım”.

Zənfirə Məhərrəmova ifadəsində daha sonra qeyd edib ki, 2006-cı ildə Vüqar biznes qurmaq adı ilə ondan 2000 ABŞ dolları alıb. O, daha sonra 2011-ci ildə Vüqar tərəfindən dələduzlqula üzlməsindən danışıb.

Digər zərərçəkmiş Namiq Əzimov bildirib ki, 2008-ci ilin avqustunda Bаkı şəhərində оlduğu vаxt Vüqаr onun mоbil telefоnunа zəng edib və 1800 ABŞ dоllаrı lаzım olduğunu, iki gün müddətində həmin pulu qаytаrаcаğını bildirib. Onun sözlərinə görə, :bаzаrdа işləyən tаnışın Vüqara 1800 ABŞ dolları verməsini tapşırıb.O, qeyd edib ki, Vüqar pulu alsa da, sonradan müxtəlif bəhanələrlə qaytarmayıb: “Bir müddətdən sоnrа Vüqarın yalanlarından bezərək əsəbi halda pulumu tələb etdim. Vüqаr isə Şəki şəhəri, Pişnamazzadə küçəsində yerləşən evinin sənədlərini hаzırlаyaraq evi banka girov qoyduqdan sonra kredit götürüb və mənə olan borcu qаytаrаcаğını, lakin evin sənədlərinin hаzırlаnmаsı üçün 1200 ABŞ dоllаrı pul lаzım olduğunu, əks hаldа onun pulunu qаytаrа bilməyəcəyini bildirdi. Vüqаrа inаndığımdan 2008-ci ilin sentyabr ayının əvvəllərində Şəki şəhərində yerləşən “köhnə bazar” adlanan yerdə Vüqаr Əliyevə 1200 ABŞ dоllаrı verdim. 2009-cu ilin mart ayında Vüqаr bir nəfərə 4000 АBŞ dоllаrı verəcəyinin olduğunu, lakin həmin borcu qayatara bilmədiyindən borc sahibinin onu incitdiyini bildirdi. O, məndən 4000 ABŞ dolları istədi, tоrpаqlаrını sаtaraq həmin pulu qaytaracağına söz verdi. Həmin 4000 ABŞ dоllаrını Əmаnət adlı tanışımdan alaraq Vüqаrа verdim”.

Hakim heyəti tərəfləri dinləyəndən sonra yekun qərarı açıqlayıb. Qərara görə, prokurorluğun protesti təmin edilib və Vüqar Əlizadənin cəzası 10 ilə qədər artırlıb. Vüqar Əlizadənin apelyasiya şikayəti isə təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sabiq MTN polkovniki ilə cinayət əlaqəsinə girməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

    Sabiq MTN polkovniki ilə cinayət əlaqəsinə ...

    31-07-2018, 16:15

  • 
  • Ev tikmək adı ilə dələduzluq

    Ev tikmək adı ilə dələduzluq ...

    18-05-2016, 00:53

  • 
  • Aygün Kazımovanın qardaşına 12 il həbs cəzası verildi

    Aygün Kazımovanın qardaşına 12 il həbs cəzası ...

    13-10-2014, 13:15

  • 
  • Aygün Kazımovanın qardaşına 10 il iş verildi

    Aygün Kazımovanın qardaşına 10 il iş verildi ...

    29-07-2013, 17:23

  • 
  • Dələduzluq edənə 11 il cəza

    Dələduzluq edənə 11 il cəza ...

    14-05-2015, 12:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu