DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bandotdel”) Beynəlxalq Bankın sabiq başçısı Cahangir Hacıyevin şəxsi kredit kartından 1 milyon dollar xərclənməsi faktını araşdırır.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, qulluq mövqeyindən sui-istifadə edərək bankın böyük məbləğdə vəsaitini şəxsi ehtiyaclarına xərcləyən C.Hacıyev bu borcunu bu günədək də ödəməyib.
“Cahangir Hacıyev DİN-in müstəntiqləri tərəfindən bu faktla bağlı dindirilib. Bank vəsaitlərinin başqa məqsədlərlə xərclənməsi faktına görə Cahangir Hacıyevin keçmiş köməkçiləri, o cümlədən Anar Bəkirov da sorğu-sual olunublar” - deyə DİN-dəki mənbə virtualaz.org saytına bildirib.
Beynəlxalq Bankdan daxili auditin nəticələrinə dair açıqlama verməkdən, habelə bank rəhbərinin maaşını açıqlamaqdan imtina ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?