GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ictimai müzakirələrdən niyə çəkinirik?

Ictimai müzakirələrdən niyə çəkinirik?

Tarix: 26-11-2015, 15:39 Bölmə :Ölkə Baxış: 0
Ictimai müzakirələrdən niyə çəkinirik?

Unutmayaq ki, təhsil həm də ümumxalq işıdir

Yayılan son məlumata görə Təhsil Nazirliyinin dəstəyi ilə “İnkişaf” Elmi Mərkəzi tərəfindən “Müəllimlər üçün peşə standartlarının hazırlanması” layihəsi həyata keçirilir. O da bildirilir ki, pilot layihəyə bu məqsədlə cəlb olunacaq ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində dərs deyən 500 nəfər Azərbaycan dili və eyni sayda riyaziyyat müəllimi , peşə standartlarının müəyyənləşdirilməsində və anonim qiymətləndirilməsində iştirak edəcəklər. Eyni zamanda bu standartlar “Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi“ nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək və Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verməklə yanaşı, müəllim peşəsinin nüfuzunun artırılmasına da zəmin yaradacaq.
Nə deyirik, təki olsun. Müəllimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, kompetensiyalarının inkişafının istiqamətləndirilməsi, hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanının yaradılmasına xidmət edən hər hansı bir layihə, bu istiqamətdə atılan istənilən addım, hətta irəli sürülən səmərəli təklif belə, yalnız və yalnız müsbət qarşılanmalı və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Müəllimlərimizin diqqət və qayğiya böyük ehtiyacı var. Hər halda peşə standartlarının hazırlanması müəllimlərimizin“Ümumtəhsil məktəbinin Nümunəvi nizamnaməsi” ilə müəyyənləşdirilmiş hüquq və vəzfələrini peşə səviyyəsinə qoyulan məcburi və optimal minimum tələblərinə müvafiq olaraq daha konkrert şəkildə və müəyyənləşdirilmiş normativlər əsasında realizə etməsinə stimul yarada bilər.
Yaddaşları təzələmək üçün qeyd etmək yerinə düşərdi ki, bütövlükdə götürdükdə standart (ing. standart – norma, nümunə) sözün geniş mənasında işlənən nümunə, etalon, model anlamına gəlib, başqaları ilə müqayisədə ilkin qəbul edilir. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş işlərin, xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir. Təhsil sahəsində dövlət standarları isə fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusu kimi müəyyənləşdirilib. “Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən olunur.”
O da təkzib olunmz faktdır ki, xüsusilə son zamanlar təhsilimizlə bağlı standartların hazırlanması və tətbiqi sahəsində müəyyən işlər görülüb. Belə ki, Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) “ təsdiq edilib. “Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası“nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə “Qiymətləndirmə standartları və qiymətləndirmə vasitələri“ də hazırlanaraq tətbiq olunmaqdadır. “Ümumi təhsil sistemində dərslik siyasəti” haqqında sənədə əsasən yeni dərsliklərin kurikulum standartları tələblərinə uyğun hazırlamaq üçün də bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilmışdir.
“Müəllimlərin etik davranış qaydaları” haqqında Təhsil nazirinin 16 may 2014-cü il tarixli əmrinə əsasən etik davranış prinsipləri və onlara uyğun “qanunun aliliyi”, “vicdanlılıq”, “peşəkarlıq və fərdi məsuliyyət”, “loyallıq”, “mədəni davranış”, “qərəzsizlik”, “gender bərabərliyi”, “ictimai etimad”, “konfidensiallıq” kimi tələblər müəyyənləşdirilib. Bu prinsip və tələblərə müvafiq müəllimlərə də şamil edilə biləcək Təhsil prosesi iştirakçıları üçün Etik Standartlar modeli hazırlanıb ki, burda da əsasən davranışla bağlı bır sıra standartlar öz əksini tapmışdır.Göründüyü kimi, təhsilin bir sıra sahələri üzrə standartların hazırlanıb tətbiq olunmasına rəgmən, təhsilin aparıcı siması olan, bir növ lokomotivi sayılan müəllimin peşə standartları niyə olmasın ki?
Lakin, burada istər-istəməz bir sıra suallar meydana çıxır.Layihəni həyata keçirən “İnkişaf Elmi Mərkəzı”nin tərkibi kimlərdən və hansı mütəxəssis qruplarından ibarətdir? Layihənin uğuruna təminat varmı? Bəyan edildiyi kimi hansı standartlar üzərində təcrübə aparılır, hansı peşəkarların fikirləri öyrənilib və ya öyrənilir? Peşə standartlarının müəyyənləşdirilməsi üçün niyə məhz Azərbaycan dili və riyaziyyat müəllimləri seçilib? Bu standartlar yalnız orta məktəb müəlimlərinə yoxsa ali, ali-orta ixtisas, peşə və xüsusi təyinatlı məktəblər də nəzərə alınmaqla bütövlükdə müəllimlər ordusuna şamil ediləcəkdir ? Hazırlanacaq standartlar müəllimlərin hansı kompetensiyalarını inkişaf etdirəcək, və ümumiyyətlə müəllimlərin konkret kompetensiyaları işlənibmi? Niyə görə peşə standartlarının müəyyənləsdirilməsi və qiymətləndirilməsi anonim qaydada aparılır və s.
Məlumdur ki, dövlətin, cəmiyyətin və təhsil alanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir və təhsil sahəsində aparılan bütün islahatların, atılan hər bir addımın məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası da məhz, bir vəzıfə olaraq “təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyini önə çəkib. Istənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə etdiyindən obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standartlara nə qədər yaxındırsa, keyfiyyət də bir oqədər yüksək hesab olunur.
Təhsilin keyfiyyətınin əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara, yəni standartlara nisbəti ilə müəyyənləşdirilməsini nəzərə alsaq, müəllimlər üçün peşə standartlarının hazırlanmasının ciddiliyini və məsuliyyətini dərk etmək o qədər də çətin deyil. Bu standartların effektivliyi və hansısa bir səmərə verə biləcəyi müəllim peşəsinin özəlliklərini, təhsil prosesi iştirakçıları arasında həlledici rolunu, cəmiyyət üzvləri arasında mövqeyinı, müəllim-şagird-valideyn münasibətlərini, müəllimin yiyələməli olduğu keyfiyyətləri, peşə hazırlığına verilən tələbləri, bir sözlə bu peşənin və peşə sahibinin missiyasının nədən ibarət olduğunun ölçüyə gələ biləcək və qiymətləndirilə biləcək meyarların reallıqla uzlaşmasından , düzgün və dolğun əks etdirilməsindən çox asılıdır.Yəni, meyar qismində nəzərdə tutulan standart ölçüyə gəlməyəcəksə, artıq o etalon hesab edilə bilməz və adi söz yığnağından başqa heç bir şeyə yaramaz.
Sual doğuran məsələlərdən biri də ondan ibarətdir ki, artıq üzərində təcrübə aparlmağa başlanılan standartların heç olmasa konturları barədə, niyə heç bir açıqlama verilmir, Azərbaycanda “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sisteminin yaradılması” dedikdə konkret olaraq nə nəzərdə tutulur? Bu layihənin reallaşmasının təxmini müddətlərı məlumdurmu, yoxsa digər layihələr kimi, bunun da ərsəyə gəlməsini xeyli gözləməli olacağıq? Layihələrini ortalığa qoysunlar ki, görək bunları standart hesab etmək olar, yoxsa yox. Bəlkə hansısa “ağıllı” hesab etdi ki, heç bizə çərçivəyə salınan “standart müəllim” lazım deyil?
Kurikulum standartlarındakı ziddiyyətlərin, qiymətləndirmə standartlarındakı uyğunsuzluqların, dərslik standartlarında olan boşluqların təkrarlanmaması üçün bu qəbildən olan sənədlərin ictımai müzakirəsi qaçılmazdır. Xüsusilə standartlar peşəkarlardan ibarət xüsusi işçi qrupu tərəfindən hazırlanmalı və ya kimlər tərəfindən hazırlanmasından asılı olmayaraq belə, geniş müzakirəyə təqdim olunmalıdır. Elə olmasın ki, bu standartlar da gələcəkdə polemikalara yol açıb, mübahisə və tənqid obyektinə çevrilsin. Bir də ki, görəsən elə “Azərbaycan müəllimi” qazetində, təhsilimizlə bağlı problemlərin işıqlandırılmasında öz xidmətlərini əsirgəməyən saytların birində müzakirələr keçirib, debatlar təşkil edib ictimai fikri öyrənməkdə nə problem ola bilər axı? Özü də ictimai fikrin öyrənilməsinə ehtiyacı olan təkcə bu məsələ deyil.
İnanmaq istəməzdim ki, geniş təhsil ictimaiyyəti, cəmiyyətin hansısa bir üzvü belə müzakirə və debatlara biganə qalsın və qaldırılan məsələyə hər hansı bir münasibət bildirməsin. Nəticə etibarı ilə təhsilimiz bundan yalnız nəsə qazanmaq imkanı əldə edər. Halbuki, yeni rəsmi sənədlər bir yana, artıq çoxdan bəri arxivə göndərdiyimiz “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın son dərəcə demokratik və humanist ruhlu müddəalarınıda da aşkarlığın və şəffaflığın gözlənilməsi qırmızı xətlə keçir.
6.3 Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi.
6.4 Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması.
Görəsən nə vaxta qədər “Gizli bazar dostluğu pozar” el məsəlinə etinasız yanaşacağıq?

Nadir İsrafilov, təhsil eksperti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov müəllimlərin əməkhaqqlarından danışdı

    Mikayıl Cabbarov müəllimlərin əməkhaqqlarından ...

    15-04-2014, 10:57

  • 
  • Təhsil naziri müəllimləri təbrik etdi

    Təhsil naziri müəllimləri təbrik etdi ...

    5-10-2018, 10:31

  • 
  • Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq

    Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq ...

    11-12-2013, 11:49

  • 
  • Yeni peşə liseyi yaradıldı

    Yeni peşə liseyi yaradıldı ...

    5-10-2015, 13:10

  • 
  • ASAN Xidmət şagird qəbulu aparacaq

    ASAN Xidmət şagird qəbulu aparacaq ...

    11-08-2016, 00:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu