Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 1-nə təyin edilib.
Qeyd edək ki, X. Şabanzadə dostu Əyyar Ağayevi bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228-ci (soyuq silah gəzdirmə) maddələrinə əsasən ittiham olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?