Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Şəhərdə 29 saylı marşrut xətti ilə sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq divara çırpılıb.
Qəza zamanı xeyli sayda sərnişin yaralanaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?