GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prezident İlham Əliyev: "Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur"

Prezident İlham Əliyev: "Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur"

Tarix: 26-11-2015, 18:28 Bölmə :Ölkə Baxış: 0
Prezident İlham Əliyev: "Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur"

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub.

gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Sessiyanın açılışında beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak ediblər.

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. ISESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

ISESCO-nun Baş Konfransının XII sessiyası "Qurani-Kərim"dən ayənin oxunması ilə başladı.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə adlandırdı. ISESCO-nun dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrildiyini deyən dövlətimizin başçısı qurumun son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin inkişafında böyük uğurlara nail olduğunu bildirdi. Ölkəmizin ISESCO-nun fəal üzvlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, indiyədək təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib. "ISESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib", - deyən dövlətimizin başçısı bu mövqeyinə görə baş direktor Əbdüləziz Osman əl-Tuveycriyə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, münaqişə uzun illərdir davam edir, ərazimizin 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayan dövlətimizin başçısı Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirdi və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiyaları orada hər şeyin, həmçinin 10 məscidin dağıdıldığını müəyyən ediblər. "Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur", - deyən Azərbaycan Prezidenti son illərdə bəzi Qərb dairələrində İslamın terrorla əlaqələndirilməsinin düzgün olmadığını, İslamın sülh dini olduğunu bəyan etdi. Azərbaycanın islamofobiyaya qarşı mübarizə apardığını diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin xaricdə İslam mədəniyyətinin təbliğinə böyük önəm verdiyini, Azərbaycanın dinlərarası və millətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. "Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir", - deyən dövlətimizin başçısı ISESCO-nun məşğul olduğu sahələrin ölkəmizdə inkişaf etdiyini, elm, təhsil və mədəniyyət sahəsində iri layihələrin həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu il tarixdə ilk dəfə Bakıda birinci Avropa Oyunları keçirilib. 2017-ci ildə isə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bunun təkcə idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisi olduğunu deyən dövlətimizin başçısı ölkəmizin dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq şəraitində yaşamasına töhfə verdiyini diqqətə çatdırdı.

Çıxışının sonunda ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin xidmətlərini vurğulayan Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsində və ikitərəfli əlaqələrin inkişafında onun böyük rol oynadığını dedi və ölkəmizin yüksək dövlət mükafatlarından olan "Dostluq" ordenini ona təqdim etdi.

Əbdüləziz Osman əl-Tuveycri bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə, həmçinin yüksək ordenə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Təşkilatın fəaliyyət proqramı və Baş Konfransın qarşısında duran gələcək planlar barədə danışan Əbdüləziz Osman əl-Tuveycri növbəti üç il ərzində Baş Konfransın əsas fəaliyyət proqramını açıqlayarkən bildirdi ki, başlıca diqqət gənclərin İslam dəyərlərinin gücləndirilməsi işinə səfərbər olunmasına, üzv dövlətlərin təhsil, elm və mədəniyyət sahələrində keyfiyyətli idarəçiliyin təşkilinə yönəldiləcək. Baş direktor bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişaf bütün İslam aləmində müasir dövlətin nümunəsidir. Qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edən ISESCO-nun baş direktoru bu nailiyyətlərin davamlı olacağına əminliyini ifadə etdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirərək işğal olunmuş ərazilərin tezliklə azad edilməsinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılmasının zəruriliyini diqqətə çatdırdı.

Daha sonra mükafatlandırma mərasimi oldu. ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq" mükafatına Nigeriyanın nümayəndəsi layiq görüldü.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş Konfransın nümayəndələri ilə xatirə şəkli çəkdirdilər.

Daha sonra dövlətimizin başçısı və xanımı konfrans iştirakçıları ilə görüşərək onlarla söhbət etdilər.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyulunda ISESCO-nun Baş Konfransının XII sessiyasının və İcraiyyə Şurasının toplantısının Bakıda keçirilməsi ilə bağlı Sərəncam imzalamışdı. Budəfəki konfransda müzakirə olunan məsələlərin müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacağı, qəbul ediləcək qərarların isə İslam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyi bildirilir.

Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə ikitərəfli əlaqələr uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

    Prezident İlham Əliyev bir sıra görüşlər keçirib ...

    25-11-2015, 17:23

  • 
  • İlham Əliyev və xanımı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında

    İlham Əliyev və xanımı V Ümumdünya ...

    2-05-2019, 11:33

  • 
  • İlham Əliyev Sərəncam imzaladı

    İlham Əliyev Sərəncam imzaladı ...

    26-07-2015, 14:18

  • 
  • Prezident İlham Əliyevin iştirakı ilə “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilir

    Prezident İlham Əliyevin iştirakı ilə “2017-İslam ...

    21-12-2017, 10:44

  • 
  • İlham Əliyev beynəlxalq konfransda

    İlham Əliyev beynəlxalq konfransda ...

    21-12-2017, 11:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu