Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həmin polisləri şəhid elan edib Nardarandakı silahlı toqquşmada həlak olan iki polis əməkdaşı bu gün II Fəxri Xiyabanda dəfn edilirlər. Həlak olan polislər Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğludur.
Bizimyol.info xəbər verir ki, dəfn mərasimində Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri və yerli icra hakimiyyətinin nümayəndələri iştirak edirlər.
Qeyd ədək ki, həlak olanlardan biri polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur. O, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub, iki övladı var.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həmin polisləri şəhid elan edib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamaya görə, Nardarandakı əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, 2 polis vəfat edib, daha bir neçə nəfəri yaralanıb.
Sorğu
Yeni dizaynımız necədir?