GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » «Hacı Məmmədovun dəstəsi bunların yanında quzuymuş ki...»

«Hacı Məmmədovun dəstəsi bunların yanında quzuymuş ki...»

Tarix: 27-11-2015, 14:36 Bölmə :Ölkə Baxış: 0
«Hacı Məmmədovun dəstəsi bunların yanında quzuymuş ki...»


Bu həftə Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin fəaliyyəti haqda məlumat yaydı. Məlumatda deyilir ki, idarə rəisi Akif Çovdarov qanunsuz dəstə yaradaraq sahibkarları azadlıqdan məhrumetmə hədəsi ilə külli miqdarda pul və digər vəsaitlər əldə edib. Bundan başqa Rabitə Nazirliyindəki vəzifəli şəxslərin himayə olunduğu və qanunsuz olaraq sahibkarların telefon söhbətlərinə qulaq asıldığı bildirilir.

Rəsmi məlumata görə, 21 nəfər haqda cinayət işi açılıb, bu adamların təxminən 60-dək işadamını taladığı bildirir. Söhbət on milyonlarla vəsaitdən gedir. Bəs dövlət məmurunun mənimsədiyi milyonlar sahibkarlara qaytarılacaqmı? Hüquqşünas Əyyub Kərimovla söhbətdə bu suala da cavab axtardıq. Söhbətəsə ondan başladıq ki...

- Rəsmi məlumata inansaq, bu, Hacı Məmmədovun dəstəsindən sonra dövlət qurumu daxilində aşkar edilən ikinci böyük qrup sayılır. MTN-nin 21 əməkdaşına qarşı cinayət işi açılıb. Belə bir dəstənin işindən nazirin xəbərsiz olması, sizcə, mümkün idi?

- Baş Prokurorluğun məlumatı ilə tanış olanda dəhşətə gəldim. Bir nazirlikdə ki, 19 nəfər həbs edilib, biri ev dustağıdır, daha biri də axtarışdadır, bu, dəhşətdir. Bunu oxuyanda dedim ki, «Hacı Məmmədovun dəstəsi bunların yanında quzuymuş ki...». O ki qaldı, nazirin bu dəstədən xəbərsiz olmasına, bu, qətiyyən mümkün deyil! Rəhbərliyin xəbəri olmaya bilməzdi. Maraqlısı bilirsiniz nədir? Eldar Mahmudovu Ramil Usubov iki dəfə sistemdən qovub. Qoy, indi nazir açıqlasın, nəyə görə onu işdən çıxarmışdı? Mən Usubovun tərəfdarı deyiləm, ancaq məncə, o, vaxtında Eldar Mahmudovun yararsız kadr olduğunu görmüşdü. Mətbuata müsahibəsində Eldar Mahmudovu vəzifəyə gətirdiyini söyləyən keçmiş daxili işlər naziri Vaqif Novruzov demişdi ki, keçmiş milli təhlükəsizlik nazirinə milli qəhrəman adı verilməlidir. Nəyə görə, hansı işinə görə qəhrəmandır? Budur Milli Qəhrəman? Bizneslə məşğul olan, uzun müddət xaricdə yaşayan adamı niyə birdən-birə nazir qoydular? Eldar Mahmudov Ramil Usubovu məğlub edə bilmədi. Ona görə də Hacı Məmmədovu orda saxladı, ona xüsusi şərait yaratdı. Yadınızdadırsa, Hacı Məmmədov həbsxanada tablolar çəkirdi, bir onun sərgisini keçirməkləri qalmışdı. O tablolar haqqında da mərhum Elçin Behbudov mətbuata danışmışdı. Sizcə, o tablolar kimin sifarişi ilə çəkilirdi? Orda qadın, şir, qaraeynəkli oğlan obrazları vardı. Hacı Məmmədov nəyə işarə edirdi? Orda böyük simvollar vardı.

- Siz bilirsiniz?

- Mən də bilmirəm. Amma araşdırılmalıdır.

- Hacı Məmmədov məhkəmə çıxışlarının birində demişdi ki, hakimiyyət daxilində onun dəstəsindən daha güclü dəstə var. MTN-də fəaliyyət göstərildiyi iddia edilən dəstə Hacı Məmmədovun dediyi dəstə ola bilərmi?

- Əlbəttə, ola bilər. Hacı Məmmədovun dəstəsi 2005-ci ildə ifşa edildi. Bu, hazır əməliyyat idi, keçirilməsi, sadəcə, MTN-ə həvalə edildi. Onların da bundan başları gicəlləndi. İkincisi də, valyutadəyişmə məntəqələrinə hücumla bağlı əməliyyat idi, səhv etmirəmsə, 2008-ci ildə. Baş Prokurorluq istintaqı aparmışdı, əməliyyat tapşırığı yenə MTN-ə verilmişdi. Nazirliyin bundan başqa yaddaqalan işi olmayıb. Mən nə Usubova, nə Hacı Məmmədova haqq qazandırıram. Onlarla bağlı yazdıqlarım da qalır. Ancaq bu gün müqayisə edəndə, utanırsan. Hacı Məmmədov deyirdi ki, «mən osminoqun bir ayağıyam, amma bizdən də dəhşətli dəstə var». O, işarə verirdi ki, artıq dəstə fəaliyyətə başlayıb. Hacının dəstəsi DİN-in binasına adam gətirib hədə-qorxu gəlməmişdi, amma bunlar nə qədər adamı MTN-ə gətiriblər?

- Bəs bu nazirliyin başında duran şəxs məsuliyyətə cəlb olunmalıdırmı?

- Saxlanılanların içində 6-7 general var, bəlkə də çoxdur, saymamışam. Bu böyüklükdə işdən nazirin xəbəri yoxdursa, o, yenə də məsuliyyət daşıyır. Cinayət Məcəlləsində bununla bağlı səhlənkarlıq maddəsi var. Daha nə olmalıdır ki, nazir həbs edilsin? Yadınızdadırsa, bu ilin əvvəlində Baş Prokurorluq özünü MTN işçisi kimi təqdim edən 6-7 nəfərlik dəstənin dələduzluqla məşğul olması haqda məlumat yaydı. Hər şey oradan başlandı. Onlardan biri Loğman Abdullayev həqiqətən də MTN işçisi idi. Bu adamları da DİN-də MCQMİ əməkdaşları saxlamışdı. DİN bundan sonra revanş götürdü.

- Dövlətin məmurlarının sahibkara milyonlarla manat zərər vurduğu deyilir. Bu zərər ödənilməlidirmi?

- Əlbəttə. Yeri gəlmişkən, mən bir epizodla bağlı vətəndaş İlqar Səfərovun hüquqlarını müdafiə edirəm. Onun şikayəti əsasında Baş Prokurorluğa rəsmi müraciət etmişik. MTN müstəntiqi mənim hüquqlarını müdafiə etdiyim şəxsə deyib ki, banka qoyduğun 50 min manatı bizə verməlisən, yoxsa 200 kvadratmetrlik obyektinin başına oyun açacağıq.Həmin MTN müstəntiqi Vüsal Ələkbərov indi 2 milyon manata yaxın rüşvət almaqda ittiham olunur. Biz tələb edirik ki, müstəntiqlə İlqar Səfərov üzləşdirilsin. Təbii ki, həmin şəxslərin qoyun, donuz ferması, başqa nələri varsa, satılmalıdır və zərərçəkmişə dəyən ziyan ödənilməlidir... Baş Prokurorluğa «sağ ol» düşür ki, azca da olsa, pərdəni qaldırdı, MTN-də beş dəstədən söhbət gedir, gör bunlar nələrlə məşğul olublar. Yəni bu boyda şeyi görməmək mümkün idi? Biz korlar şəhərində yaşamırıq ki. Hesab edirəm ki, Eldar Mahmudov qandallanmalıdır. Bu, baş verməsə, demək ki, onu müdafiə edən var və ortada siyasi iradə yoxdur. Bu qüvvə kimdir, mən bilirəm, ancaq deməyəcəyəm. Ancaq yenə deyirəm, Eldar Mahmudov da, Əli Abbasov da həbs edilməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hacı Məmmədovun intiharı ilə bağlı cinayət işi başlandı - RƏSMİ

    Hacı Məmmədovun intiharı ilə bağlı cinayət işi ...

    4-12-2017, 10:30

  • 
  • “Aqrolizinq” ASC-də baş verənlərlə bağlı cinayət işi açılıb

    “Aqrolizinq” ASC-də baş verənlərlə bağlı cinayət ...

    3-02-2014, 20:48

  • 
  • Şabranda vəzifəli şəxslərin qanunsuz əməlləri

    Şabranda vəzifəli şəxslərin qanunsuz əməlləri ...

    17-12-2014, 11:36

  • 
  • Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

    Keçmiş Rabitə və Yüksək Texnologiyalar ...

    25-05-2018, 12:07

  • 
  • Akif Çovdarov əfv olundu

    Akif Çovdarov əfv olundu ...

    6-04-2020, 17:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu