Xalq artisti Faiq Ağayev "VI THE FIRST" mükafatlandırma mərasiminə qatılıb.
GudemXeber.az qafqazinfo.az-a istinadən xəbər verir ki, mükafat almaq üçün səhnəyə çıxan xalq artisti "Biri varmış, biri yoxmuş mahnısını ifa edib.
"Ölkədə baş verən (Nardaranda baş verənləri nəzərdə tutur) hadisələrə görə çox üzgünəm, içimdən mahnı oxumaq gəlmir. İstəmirəm insanlar məni yanlış anlasın. Mən vətənimi sevən, baş verənlərə biganə qala bilməyən vətəndaşam. Bu mərasimə dəvət olunmuşam, hörmət əlaməti olaraq burada iştirak etməyi özümə borc bildim. Xalqımızı birlik olmağa səsləyirəm", - deyən Ağayev "Azərbaycan" mahnısını ifa edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?