Gecə Bakıda yol polisi qadın sürücüyə saxla əmri verib. Sürücü polisdən qaçmaq istəsə də, buna nail ola bilməyib. Yol polisi onu süni tıxac yaradaraq saxlayıb. Məlum olub ki, sürücü prodüser Təranə Səmədovadır. Özü də sərxoş vəziyyətdə.
Prodüser Təranə Səmədovanı yol polisi sərxoş vəziyyətdə saxlayıb.
Gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ''Hunday'' markalı avtomobilin qadın sürücüsünə Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində "saxla" əmri veriblər. Sürücü yol polisindən qaçmağa cəhd edib. Polis onu 3-4 km təqib edərək yol boyu bir neçə dəfə saxla işərəsi verib. Çox çəkməyib ki, o saxlanılıb. Məlum olub ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşən prodüser Təranə Səmədovadır.
Amma sərxoş prodüser avtomobildən düşsə də, yenidən qaçmağa cəhd edib. Onun təsadüfən ərazidən keçən meyxanaçı Pərviz Bülbülənin avtomobilinə əyləşib qaçmaq istəyinə də yol polisi mane olub.
Meyxanaçı da Təranə Səmədovanın sərxoş olduğunu görüb dərhal ərazidən uzaqlaşıb. Yol polisi onu tibbi müayinədən keçməyə dəvət edib. Əvəzində isə prodüser onları təhqir edib.
Çətin də olsa, sərxoş prodüser post patrul avtomobilinə mindirilib.
Təranə Səmədova post patrul avtomobili ilə tibbi müayinəyə, avtomobili isə cərimə meydançasına aparılıb. Bu arada onu da qeyd edək ki, son iki-üç gündə bir neçə qadın sürücü yol polisi tərəfindən sərxoş vəziyyətdə aşkar edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?