GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

Tarix: 1-12-2015, 13:34 Bölmə :Ölkə Baxış: 0
“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

“MTN işi”nin yeni təfərrüatları

“Akula Akif”in evindəki axtarış zamanı gizli bank kodları üzə çıxarıb; ölkəyə talan pullarını saxlamaq üçün xüsusi konteynerlər gətirilibmiş.

Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılması ilə böyük bir cinayətkar dəstənin dəhşətli əməlləri faş oldu. Hazırda MTN-in 19 sabiq vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib. Bu günə qədər istintaqdan yayınaraq axtarışda olan şəxsin kimliyi haqda məlumat verilmirdi. İstintaqa yaxın mənbələrdən daxil olan məlumata görə, iş üzrə axtarışda olan şəxs MTN-çi deyil.

Sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevdir. Məlumata görə, o, E.Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir. Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onların qanunsuz olaraq dindirilməsində, istintaqa cəlb edilməsində iştirak edib. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edib.

MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alıb. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş. Noyabrın 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb.

Daxil olan məlumatda bildirilir ki, “Akula Akif” ölkədən qaçmazdan əvvəl banklardakı hesablarının kodlarını, xüsusi açarları da gizlətməyə imkan tapıb. Onun evində axtarış aparılarkən xeyli qızıl-zinət əşyaları, daş-qaş və külli miqdarda pul müsadirə edilib. Mənzildə axtarış zamanı “Akula Akif”in unutduğu bir bankdakı seyfin açarı və kodu aşkarlanıb. Hüquq-mühafizə orqanları həmin seyfdən xeyli brilyant, qızıl, Bakıda və respublikanın bir çox yerlərində mülklərin sənədləri aşkarlanıb. Seyfdə aşkarlanan brilyant və qızıllar, sənədlər götürülüb.

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

Cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də sabiq MTN rəhbərliyinin demək olar ki, kütləvi şəkildə məsuliyyətə cəlb edildiyi bir zamanda hələ də bu qurumda müavin vəzifələrində təmsil olunan bəzi şəxslərin - Hilal Əsədov və Nizaməddin Həmidovun öz vəzifələrində qalmalarıdır.

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

Tanınmış hüquqşünas Müzəffər Baxış deyib ki, H.Əsədov və N.Həmidovun işdən azad edilməməsi anlaşılmazdır və yalnız Azərbaycan reallığı ilə izah edilə bilər: “Əslində adları çəkilən hər iki şəxs haqda, xüsusilə də Hilal Əsədov barəsində KİV-də konkret şəxslər tərəfindən ciddi və əsaslı ittihamlar səsləndirilib. Mənim yadımdadır ki, ”Karvansaray" ticarət mərkəzində işçilərin başına gətirilən oyunlarda Hilal Əsədovun bilavasitə iştirak etməsi ilə bağlı ittihamlar var idi. Düşünürəm ki, bu şəxslərin bu günə qədər öz vəzifələrini icra etməsi Azərbaycan reallığı ilə bağlıdır. Hesab edirəm ki, Hilal Əsədov və Nizaməddin Həmidovu siyasi hakimiyyətdə kimsə müdafiə edir. Əks halda, onlar bu vəzifədə qala bilməzdilər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar o qədər əsaslı və inandırıcıdır ki, düşünmürəm ki, onlar öz vəzifələrində sona qədər duruş gətirsinlər.

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

MTN-də rəhbərliyin özünün başçılıq etdiyi mütəşəkkil cinayətkar təşkilat fəaliyyət göstərib. Mən tam məsuliyyətlə deyirəm ki, orada çalışan demək olar ki, bütün işçilər mütəşəkkil dəstənin təsiri altında olub. Bu, mümkün deyil ki, MTN-də mütəşəkkil dəstənin başında rəhbərliyin özü dayansın, kimsə də həmin dəstənin qanunsuz göstərişlərini icra etməsin.

Bu, Azərbaycan reallığında mümkün olmayan bir işdir. Ola bilsin ki, texniki sahədə çalışan hansısa ağıllı bir şəxs bu dəstə tərəfindən verilən hansısa göstərişi icra etməkdən yayınsın. Lakin tam məsuliyyətlə deyirəm ki, bütün əməliyyat işçiləri bu və ya digər şəkildə mütəşəkkil dəstənin qeyri-qanuni göstərişlərinin icrasında bilavasitə iştirak edib. H.Əsədov və N.Həmidov qeyri-qanuni göstərişlərin həm də bilavasitə icraçısı olublar. Ola bilsin ki, bu şəxslərin siyasi hakimiyyətdə bu və ya digər şəkildə dayaqları olduqları üçün hazırda öz vəzifələrində qalıblar. Yəqin ki, məhz bu səbəbdən onlar haqqında tədbir görülmür. Məndə məlumat var ki, prokurorluqda H.Əsədov və N.Həmidov haqda ciddi ittihamlar var. Lakin təəssüflər olsun ki, bu vaxta qədər həmin şəxslərlə bağlı ittiham verilməyib. Əgər “MTN işi” çərçivəsində məsələlərə ədalətlə yanaşılacaqsa, o zaman bu şəxslərə qarşı da ittiham irəli sürüləcək".

Bu arada “MTN işi” ilə bağlı daha bir maraqlı məlumat yayılıb. Həmin məlumata görə, “mahmudovçular” sahibkarları talamaqla əldə etdikləri sayı-hesabı bilinməyən pulları etibarlı şəkildə mühafizə etmək kimi problemlə üzləşiblər. Buna görə də sabiq MTN rəhbərliyi, vəziyyətdən çıxış yolu kimi maraqlı üsula əl atıb.

Belə ki, üst-üstə qalaqlanan tonlarla pulun nəmişlik və havasızlıqdan sıradan çıxmasını önləmək, onları bir neçə il sonra belə istifadə üçün yararlı vəziyyətdə saxlamaq üçün Avropa ölkələrindən birindən xüsusi valyuta konteynerləri sifariş edilib. Bank sektorunda istifadə edilən və kifayət qədər baha olan bu konteynerlərdə pulun uzunmüddətli mühafizəsi üçün xüsusi sistem mövcuddur və bu sistem ora yığılan pulların etibarlı şəkildə qorunmasını təmin edir.

Bilgili qaynağın sözlərinə görə, sabiq MTN rəhbəri E.Mahmudovun dönəmində Azərbaycana xeyli sayda bu cür konteynerlər gətirilib ki, hazırda həmin konteynerlərin harda olması, onların içərisində nə qədər vəsaitin cəmləşməsi məlum deyil. Hələlik məlum olan bir şey varsa, bu da yerlərdə gizlədilən bu konteynerlərin istintaq qrupu tərəfindən aşkara çıxarılacağı günü gözləməsidir.\pia.az\
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazirin "Akula" ləqəbli adamı xarıcə qaçdı

    Nazirin "Akula" ləqəbli adamı xarıcə ...

    2-11-2015, 15:38

  • 
  • MTN ÇETESININ GIZLI FIQURLARI: XƏLIL GÖYÜŞOV – “AKULA AKIF” BIRLIYI - FAKT

    MTN ÇETESININ GIZLI FIQURLARI: XƏLIL GÖYÜŞOV – ...

    26-01-2016, 16:59

  • 
  • Akif Çovdarov və Vidadi Zeynalovla bitən “17 oktyabr” əməliyyatının müdhiş sirri

    Akif Çovdarov və Vidadi Zeynalovla bitən “17 ...

    16-02-2017, 22:24

  • 
  • MTN-in xanım generalı ev dustağı edildi

    MTN-in xanım generalı ev dustağı edildi ...

    26-11-2015, 15:07

  • 
  • “MTN işi”nə görə axtarılan şəxsin kimliyi bəlli oldu

    “MTN işi”nə görə axtarılan şəxsin kimliyi bəlli ...

    10-12-2015, 14:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu