GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yeni deputat Rәsulzadәni vәtәn xaini adlandırdı -şok

Yeni deputat Rәsulzadәni vәtәn xaini adlandırdı -şok

Tarix: 1-12-2015, 14:18 Bölmə :Ölkə Baxış: 0
Yeni deputat Rәsulzadәni vәtәn xaini adlandırdı -şok

Bu günlərdə jurnalist həmkarlarımız ilə birgə layihə çərçivəsində Gəncə şəhərində olduq. Səfərimiz zamanı məclislərin birində Gəncədən yenicə deputat seçilən 32 yaşlı Naqif Həmzəyev ilə görüşümüz oldu.

Gənc deputat Gəncədə aparılan quruculuq işlərindən, işsizliklə bağlı görülən və görüləcək layihələrdən ağız dolusu danışdı. Daha sonra isə üzünü media nümayəndələrinə tutub- “mənə suallarınızı verə bilərsiniz, mən jurnalistlərin, gənclərin dostuyam” dedi. Elə bu an uzun müddətdir ki, narahatlıq doğuran, mətbuatda tez-tez müzakirə edlən bir məsələ ilə bağlı sual ünvanladım:
“Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?”.
Sualımdan diksinən millət vəkili bir qədər də üz-gözünü turşudub, Azərbaycan Cumhuriyyətinin, milli istiqlal hərəkatının lideri, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının banisi Məmməd əmin Rəsulzadəyə olan nifrətini izhar etdi. Jurnalistlərin gözü önündə bu cür dialoqumuz oldu:

- Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.

- Şərqdə ilk demokratik...

-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.
Bu zaman kənardan da müdaxilələr olur:

- Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı...

- O, bizim nə qədər sərvətimizi talayıb...

- Bunlar (mən nəzərdə tutuluram) Rəsulzadə fanatıdırlar.

Deputat canfəşanlıqla Rəzulzadəyə qara yaxmaqda, jurnalistləri şoka salaraq, mürtəce fikirlərini söyləməkdə davam edirdi:

- Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?!
Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur.

Cümhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində “İstiqlal” parkı açılıb.

- Gələn qonaqlara, xarici turistlərə parkı necə təqdim edirsiz- satqın Rəzulzadənin qurduğu istiqlaliyyətə aid “İstiqlal” parkı?

- Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə republikanı Gəncədə deyil, Tiflisdə qurub... Qoy bu barədə Müsavat Partiyasının üzvləri məşğul olub, onunla bağlı məsələləri həll etsinlər. Bir dəfə də olsun müsavatçılardan kimsə onun büstünün qoyulduğu quruma zəng edib başına torba keçirilməsinin səbəbini soruşub?...

Siz 28 May günü Gəncəyə gəlsəniz görərsiz ki, biz necə bayram keçiririk. Hətta on yerə əklil qoyuruq.

- Məsələn, hara?

-Gəlib öz gözlərinizlə görə bilərsiz hara.

Dialoqun bu yerində jurnalist həkarlarımdan biri dözməyərək atmaca atır:

-Gəlin birlikdə Rəsulzadəni vətən xaini elan edək və beləcəyə məsələyə son qoyulsun...

Anladım ki, söhbəti davam etdirməyin heç bir mənası yoxdur. Bu gün artıq yüksək vəzifə tutan məmurlarımız tərəfindən tarixi şəxsiyyətlərimiz barəsində qarayaxmalar eşidəndə, onların satqın adlandırlmasının şahidi olanda heç də təəccüblənmirik. Bu, reallıq da olsa dəhşətli, qorxuncdur. Pafosla deyilən “xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etdik, tariximiz haqqında məlumat verdik, adət-ənənələrimizi təqdim etdik, Azərbaycan həqiqətini dünyaya çatdırdıq” sözlərə bunu deyən şəxslərin heç özləri də inanmır.

Naqif Həmzəyevə gəlincə, mətbuatda yayılan son məlumatlara görə, yenicə deputat olan bu gənc zamanında Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutan bir sıra siyasətçilərlərlə canbir, dilbir olub. Çox qəribədir ki, bundan öncə YAP-ı (Yeni Azərbaycan Partiyası) söyən Naqif Həmzəyev sonradan elə həmin partiya tərəfindən namizədliyi irəli sürüb və hazırda eyni zamanda YAP-ın Gəncə şəhər təşkilatının sədridir. Bu müəmmaların qaranlıq tərəfləri çoxlarına məlumdur. Lakin bir sual yəqin ki, çoxlarını düşündürür- Rəsulzadə niyə bir çox məmurları qorxudur, ona qarşı bu cür kinin məğzi nədir?

Beləcə, o gün Gəncədə Rəsulzadəyə qarşı əsl münasibətin şahidi olduq.

Xalidə Gəray
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gəncəli deputat özünü Ulu Öndər və Prezidentdən ağıllı hesab edir? – Yenilənib, mövqe

    Gəncəli deputat özünü Ulu Öndər və Prezidentdən ...

    1-12-2015, 20:17

  • 
  • Rəsulzadənin nəvəsi deputatı məhkəməyə verir

    Rəsulzadənin nəvəsi deputatı məhkəməyə verir ...

    1-12-2015, 15:09

  • 
  • Gəncədən Naqif Həmzəyevə qarşı ifşaedici bəyanat

    Gəncədən Naqif Həmzəyevə qarşı ifşaedici bəyanat ...

    2-12-2015, 15:32

  • 
  • GƏNCƏDƏ MÖHTƏŞƏM ÜÇLÜK ...

    GƏNCƏDƏ MÖHTƏŞƏM ÜÇLÜK ... ...

    29-01-2020, 16:41

  • 
  • Ağacan Abiyev: “Milli Məclis Naqif Həmzəyevin fikirlərinə mütləq qiymət verməlidir”

    Ağacan Abiyev: “Milli Məclis Naqif Həmzəyevin ...

    3-12-2015, 17:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu