Nardaran qəsəbəsinin mərkəzində, o cümlədən “İmam Hüseyn” və “İmam Rza” meydanlarında dini simvollar və dini bayraqların sökülməsinə başlanılıb.
“Report”un qəsəbədə olan əməkdaşı xəbər verir ki, söküntü işlərini Bakı Şəhər İcra Hakimiyyəti və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri həyata keçirir.
Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.
Qeyd edək ki, bu gün saat 08:00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili Qoşunların və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?