GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mehriban Əliyeva və Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransda iştirak ediblər

Mehriban Əliyeva və Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransda iştirak ediblər

Tarix: 5-12-2015, 16:18 Bölmə :Ölkə Baxış: 0
Mehriban Əliyeva və Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransda iştirak ediblər

Xəbər verdiyimiz kimi, Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) keçirilir.

gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də konfransda iştirak ediblər.

Birinci xanım Mehriban Əliyevanı və Leyla Əliyevanı COP21 Konfransının baş katibi, səfir Pier Henri Quiqnard qarşıladı.

Noyabrın 30-da başlayan bu Konfransın əhəmiyyətini və müzakirəyə çıxarılan məsələlərin aktuallığını tədbirdə 150-dək dövlət və hökumət başçısının iştirak etdiyi bir daha təsdiqləyir. Konfransda müzakirəyə çıxarılan mövzulardan biri dünyada istixana qazlarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində diskussiyaların keçirilməsidir.

Mehriban Əliyeva və Leyla Əliyeva tədbirin keçirildiyi məkanla tanış oldular.

Dekabrın 11-dək davam edəcək Konfransın təşkil olunduğu məkanda müxtəlif ölkələrin pavilyonları qurulub.

Mehriban Əliyeva və Leyla Əliyeva pavilyonları gəzdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin konfrans çərçivəsində təşkil etdiyi "Az karbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar" mövzusunda tədbirdə çıxış edib.

Bu tədbir Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələrində davamlı inkişafın təmin edilməsi, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərə həsr olunub. Tədbirə xüsusi qonaq qismində dəvət olunan Leyla Əliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb və təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin bu sahədəki təcrübəsindən danışıb.

Leyla Əliyeva çıxışında bəşəriyyətin qarşılaşdığı aktual ekoloji problemlərə toxunub və onların həlli yolları barədə təkliflərini bildirib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyətin gələcək nəsillər qarşısında mənəvi öhdəliyi ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün şərait yaratmaqdan ibarətdir. Bu hədəfə çatmaq bizim imkanlarımız xaricində deyil, əksinə bu, bizim əlimizdədir. Belə ki, ətraf mühitin deqradasiyasının əsas mənbəyi neqativ insan fəaliyyətidir.

Leyla ƏLİYEVA dedi:

- Təbiətdən qiymətli və füsunkar heç nə yoxdur. Təbiət heç kəsə məxsus deyil. O bizə verilib və bizim də vəzifəmiz onu növbəti nəsillərə ötürməkdir. Ətraf mühiti qorumaq məqsədilə yeni həll yollarını tapmaq üçün əməkdaşlıq etməliyik. Heç bir ölkə bu problemi təklikdə həll edə bilməz.

Əziz dostlar, bu gün sizə öz təşkilatımız IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyi haqqında məlumat vermək istəyirəm. Təşkilat 4 il bundan əvvəl Azərbaycanda təsis edilib. Azərbaycan qədim ənənələr və zəngin tarixə malik, Şərq ilə Qərbin qovuşuğunda yerləşən bir ölkədir. Azərbaycan, həmçinin başı qarlı dağlar, çaylar, göllər, böyük meşələr, çəmənliklər və ovalıqlar diyarıdır. Mövcud 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Bu da ölkəmizə zəngin biomüxtəliflik verir. IDEA-nın əsas məqsədi gənc nəslin nümayəndələrini həm ölkə daxilində, həm də xaricində ətraf mühiti qorumağa cəlb etməkdir.

Çıxışda, həmçinin ekoloji təhdidlərin sərhəd tanımadığı və heç bir dövlətin bu təhlükədən sığortalanmadığı xüsusi vurğulanıb. Bu səbəbdən dünya birliyinin əlaqəli fəaliyyəti vacibdir.

Leyla Əliyeva tədbir iştirakçılarına Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, eləcə də münbit iqlim şəraiti barədə ətraflı məlumat verib. Bu xüsusda, ölkəmizdə təbiətin və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və müşahidə olunan irəliləyişlər diqqətə çatdırılıb. Çıxış zamanı IDEA İctimai Birliyinin fəaliyyəti, o cümlədən ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edilib.

Bu yaxınlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO-nun xoşməramlı səfiri təyin olunduğunu bildirən Leyla Əliyeva IDEA-nın xətti ilə həyata keçirilən layihələr haqqında danışdı. Bildirdi ki, təşkilatın son iki ildə fəaliyyətinin əsas istiqamətlərindən biri nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti dedi:

-Azərbaycanda biz özümüzün Qafqaz beşliyini yaratmışıq. Bunlar qonur ayı, qartal, boz qurd, ceyran və Qafqaz bəbiridir. Nəsli kəsilməkdə olan bu heyvan növlərinin davamlı mühafizəsi təşkilatımızın əsas məqsədlərindəndir. Ötən bir neçə ildə ceyranın regionumuzda vəhşi təbiətə buraxılması yolları üzərində çalışmışıq, birinci Qafqaz Biomüxtəlifliyi Sammitini Bakıda təşkil etmişik və burada məqsədimiz pələngin ardınca Qafqaz bəbirinin nəslinin kəsilməsinin qarşısını almaq idi. Nərə balığının yetişdirilməsi və Xəzər dənizinə buraxılması layihəsi üzrə Blue Marine Fondu ilə əməkdaşlığa başlamışıq. Bu, çox maraqlı layihə olacaq. Başlıca vəzifəmiz bütün bu gözəl heyvan növlərini mühafizə etməkdir. Biz nə qədər texnoloji təşkilat, tarixi abidə və mədəni artefakt ortaya çıxarsaq da, heç nə təbiət qədər gözəl və müqəddəs ola bilməz. Təbiətin müalicəvi gücü var və o bunu bizə qarşılıqsız olaraq verir. Hər kəs təbiətin və planetimizin mühafizəsinə kömək etmək üçün əlindən gəldiyi qədər töhfə verə bilər. Hər kiçik addım müsbətə doğru dəyişikliyə səbəb ola bilər.

Çıxış tədbir iştirakçılarının geniş marağına səbəb olub və Leyla Əliyeva ölkəmiz və IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı auditoriyanın suallarını cavablandırıb.

Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert də IDEA-nın fəaliyyətini yüksək dəyərləndirdi və digər təşkilatların IDEA ilə birgə fəaliyyətinin faydalı olacağına əminliyini bildirdi.

Marta Jiqeti BONİFERT dedi:

-Bu masa ətrafında əyləşən bir çox tərəflərlə, həmçinin IDEA ilə işləməkdən məmnunuq. Mən ümid edirəm ki, Leyla Əliyeva gələcəkdə vacib təşəbbüs kimi bu işləri davam etdirəcək və burada toplaşanlar da bu təşəbbüsə qoşularaq yerlərdə uşaqlarla və gələcək nəsillərlə bağlı müəyyən nailiyyətlər əldə edəcəklər. Çünki biz planetimizi yalnız birlikdə daha yaxşı məkana çevirə bilərik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyeva bu dəfə gəncəlilərdən yazdı - "Unudulmaz təəssüratlarla ayrıldım!"

    Mehriban Əliyeva bu dəfə gəncəlilərdən yazdı - ...

    15-02-2019, 10:37

  • 
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən tədbirdə iştirak edib - FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    5-06-2017, 15:48

  • 
  • İlham Əliyev və Mehriban Əliyeva səs verdi

    İlham Əliyev və Mehriban Əliyeva səs verdi ...

    23-12-2019, 13:00

  • 
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ səfiri ilə görüşdü

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ ...

    15-10-2015, 20:04

  • 
  • Mehriban Əliyeva: "Parisdə çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı"

    Mehriban Əliyeva: "Parisdə çoxsaylı insan ...

    14-11-2015, 19:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu