GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qazilər “od püskürür”

Qazilər “od püskürür”

Tarix: 7-12-2015, 16:09 Bölmə :Ölkə Baxış: 0
Qazilər “od püskürür”


T.Məmmədov: “Hər il “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İB-i barədə, Azərbaycan Respublikasının Prezidenti yeni qanunlar, sərəncam və fərmanlar imzalasa da, məhkəmələrdə hakimlər isə, tamamilə bunun əksinə qərarlar qəbul edirlər”
“Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İB-i, Xətai rayon şöbəsinin orqanı olan “Uca Zirvə Qarabağ Qaziləri” qəzetinin 29 oktyabr 2015-ci il tarixli sayında, “Xəyanət” başlıqlı açıqlama işıq üzü görmüşdü. Açıqlamada Xətai rayon şöbəsinin sədri vəzifəsini daşıyan Tahir Məmmədovun, üz-üzə qaldıqları problemlə bağlı söylədiyi fikirlər, bu gün də daha çox rezonans doğurmaqdadır. Açıqlamada Nobel prospekti-139 C ünvanında yerləşən qərargahın, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Reyestr Xidməti tərəfindən satılması və bütövlükdə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteran kontingentinin təhqir olunmaları barədə məlumat da vermişdi. Uzun sürən çəkişmələrdən sonra, təşkilatın yerləşdiyi qərərgahın satılmasının qanuni olduğunu məhkəmələr də təsdiqləmişdi ki, bunu da Tahir Məmmədov Azərbaycan torpaqlarına XƏYANƏT hesab edir. O, bu xəyanətin acı nəticələr verəcəyini dəfələrlə bəyan etmiş və yuxarı instansiyalardan bu barədə qazilərə kömək göstərmələrini də xahiş etmişdir. Ünvanladığı müraciətlərində Tahir Məmmədov dəfələrlə bildirib ki, “atılan addımlar hansısa qarşıdurmaya və qan tökülməsinə də səbəb olacaq” deyə fikirlərini çatdırsa da, təəssüflər olsun ki, ünvanlanan müraciətlərə yuxarı instansiyalardan heç bir reaksiya verilməyib.
Xətai rayon Məhkəməsi İcra Şöbəsinin əməkdaşları, təşkilatın Nobel prospekti-139 C ünvanındakı qərargahını boşaldaraq, onu “TÜSİAB” İB (türk iş adamlarına) təhvil vermək istəyirlər. Tahir Məmmədov bunu xəyanət hesab edərək onu da bildirir ki, “qərərgahımızın yerləşdiyi ərazidən təqribən beş dəfə böyük əraziyə malik olan və başqa dövlətin pullu iş adamlarına bizim cəmi iki sot yerimizi satmaqla, öz hərəkətlərinə qanuni don geyindirmək, əslində xəyanətdən başqa bir şey deyil. O, onu da bildirir ki, “ərazini illər əvvəl ələ keçirmiş “TÜSİAB” İB, ondan bu günədək heç bir məqsədlə istifadə etməyib və hal-hazırda da oranı 1 milyon dollara satışa çıxarıb. Satışa çıxarılmış əraziyə hər gün torpaq müştəriləri gəlib gedirlər. Təşkilatın qərərgahı kimlərinsə marağı ucbatından, sanki bazara da çevrilib”.
O, onu da bildirir ki, “ərazi daim İB-in istifadəsində olub. Bizim qeyd olunan əraziyə aid mülkiyyətçi və istifadəçi hüququmuz da vardır. Belə olan halda, görəsən hansı əsasla oranı boşaltmağı bizdən tələb edirlər? “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İB-i barədə, hər il Azərbaycan Respublikasının Prezidenti yeni qanunlar, sərəncam və fərmanlar imzalasa da, məhkəmələrdə hakimlər isə, bunun əksinə qərarlar qəbul edirlər”.
Təşkilatın sədri T.Məmmədov Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi, azadlığı uğrunda vuruşmuş, torpaqlarımızın müdafiəsində yaxından iştirak etməklə sağlamlıqlarını itirmiş qazilərə, onların torpaqlarını satan məmurlara qarşı birləşib, birlikdə mübarizə aparmağa səsləyir. Eyni zamanda o, Xətai rayon Nobel prospekti-139 C ünvanında, təşkilatın qərargahının müdafiəsinə qalxan əlil və veteranları icra məmurlarına, yəni “torpaq satanlara” qarşı olmağa da dəvət edir.
Biz Qarabağ torpaqlarımızı və digər ərazilərimizi satqınların xəyanəti nəticəsində itirdik. Atılan bu cür addımlar isə, torpaqlarımızın satılmasının yeni mərhələsidir. Problemin varlığı ilə bağlı İB-nin 590 nəfərdən çox üzvü etiraz səsini qaldırır və haqq-ədalətin bərpa olunmasını da tələb edirlər. Onu da qeyd edək ki, yaşanan problemlə bağlı cəmiyyətin sədri T.Məmmədovun “Bakı Milli Televiziyası”nda ölkə rəhbəri cənab İlham Əliyevə ünvanladığı müraciəti də var ki, onu da hər bir dinləyici izləyə bilər.
Bundan əlavə o, həm Türkiyə səfirliyindən, həm də yaşanan olayların varlığına cavabdehlik daşıyan qurum rəhbərlərindən, problemin varlığına münasibət bildirmələrini və onun ədalətli həllinə kömək məqsədilə, təsirli addımlar atmalarını da xahiş edirlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ​İlham Əliyevdən Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı MÜHÜM SƏRƏNCAM

    ​İlham Əliyevdən Qarabağ əlilləri və şəhid ...

    14-03-2018, 00:11

  • 
  • Şəhid ailələrinə veriləcək mənzillərlə bağlı AÇIQLAMA

    Şəhid ailələrinə veriləcək mənzillərlə bağlı ...

    26-01-2021, 13:49

  • 
  • Şəhid ailələrinin kreditləri silindi

    Şəhid ailələrinin kreditləri silindi ...

    3-04-2021, 14:06

  • 
  • Müharibə əlilləri və şəhid ailələrinə xoş xəbər

    Müharibə əlilləri və şəhid ailələrinə xoş xəbər ...

    22-12-2015, 13:21

  • 
  • "Şəhid ailələri, qazilər kənarda qalıb, deputatların maaşları artırılır..."

    "Şəhid ailələri, qazilər kənarda qalıb, ...

    9-11-2017, 09:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu