Ankara Rusiyaya qarşı sanksiyaların mümkünlüyü məsələsinə baxır, Türkiyənin Baş Naziri Ahmet Davutoğlu bəyan edib. Onun sözlərinə görə, hadisələrin belə bir axarda inkişaf etməsi ehtimalı, hökumətin 7 dekabr tarixli iclasında müzakirə edilib, lakin hələlik son qərar qəbul olunmayıb. Davutoğlu söhbətin nə kimi sanksiayalardan getdiyi barədə açıqlama verməyib. Baş Nazir deyib ki, Ankara Moskva ilə dialoqa hazırdır, lakin onun Türkiyəyə öz iradəsini qəbul etdirmək cəhdlərinə dözməyəcək. Bundan əvvəl Rusiya artıq Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. Milli.Az BBC-yə istinadən bildirir ki, buna səbəb Türkiyə hərbçiləri tərəfindən Rusiya bombardmançı təyyarəsinin vurulması olub. Ankara israr edir ki, bu təyyarə guya Suriya-Türkiyə sərhədini pozubmuş. Rusiya Türkiyədən bir sıra ərzaq mallarının gərtirilməsinə qadağa qoyub və öz ərazisindəki türk şirkətlərinin fəaliyyətini məhdudlaşdırıb. Bundan başqa Moskva birtərəfli qaydada Türkiyə ilə vizasız gediş-gəliş rejimini dayandırıb. Bu arada Ankara bəyan edib ki, Türkiyə Avropa İttifaqı ilə münasibətlərinin ahəngdarlığını sürətləndirmək və bəlkə də Aİ-yə üzvlük danışıqalarını bərpa etmək niyyətindədir. Türkiyə bildirir ki, Aİ-yə üzvlük danışıqlarının bərpası naminə, Kiprin ərazi mübahisələri zəminində bu prosesə mane olmaması üçün, onun yola gətirilməsi lazımdır.
Sorğu
Yeni dizaynımız necədir?