Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə, sərt cəzalar müəyyənləşdirilir.
gundemxeber.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslərə 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.
Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?