ürkiyənin hərbçilərini İraqdan geri çağırmaq niyyəti yoxdur. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Ankarada mətbuat konfransında bildirib.
“İraqın baş naziri Heydər əl Abadi 2014-cü ildə Ankaraya səfəri zamanı İraq hərbçiləri və polislərinə təlim keçirilməsinə dair müraciət edib. Bizim hərbçilər İraqa təlimatçı qismində gedib, onların fəaliyyəti təlimlə kifayətlənir. Təlim iştirakçılarının sayından asılı olaraq, təlimatçıların sayı dəyişə bilər. Hazırda hərbçilərimizin İraqdan çıxarılması barədə söhbət getmir”, deyə Ərdoğan qeyd edib.
O əlavə edib ki, dekabrın 21-də Türkiyə, Şimali İraq Kürd Muxtariyyəti və ABŞ arasında görüş baş tutacaq. Görüşdə İraqdakı vəziyyət müzakirə ediləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?