Bərdə rayonunun bir qrup sakini prezident İlham Əliyevə müraciət edib.
Bərdə rayon sakinləri Hidayətov Yaqub Raquf oğlu, Teymurov Samir Dağıstan oğlu, Məmmədov Şahlar Məhəmməd oğlu, Əsədov Aqil Adil oğlu, Hüseynli Səma Nurəddin oğlu, Xəlilov Əlibaba Vahid oğlu, Xalilov Akif Vahid oğlu, Hüseynli Vüqar Nurəddin oğlu, Zeynalov Muxtar Qədir oğlu vəAğalarov Emin Cəmil oğlunun imzaladığı müraciətin bir surəti də İstiqlal.az saytına daxil olub.
Bərdə sakinləri yazır ki, onlar üzün illərdir Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğuldurlar. 2014-cü ilə qədər onlara hər hansı problem yaradılmayıb. Lakin 2014-cü ildən Vergilər Hazirliyi onlara ciddi problem yaratmağa başlayıb: "2014-cü ildən başlayaraq bu işlə məşğul olanlar Vergilər Hazirliyi tərəfindən istintaqa cəlb olunub. Bizlərə külli miqdarda vergi borcu yazılıb. Elə fantastik məbləğlər yazırlar ki, bu qədər vergi borcunun yığılması mümkün deyil. Yazılan vergi borcları 200 min manatdan başlayır. Ən yuxarı məbləğ 2.5 milyon manatdır.
Artıq bu işə görə 3 nəfər həbs olunub. Bunlar Zöhrab Hidayətov, Fərrux Bayramov və Ramil Məmmədovdur. Bizi də eyni aqibət gözləyir.
Cənab Prezident, Vergi Məcəlləsində göstərilir ki, kənd təsərrüfatı məhsullarının ixracına görə vergi fəaliyyətini gömrük orqanları yerinə yetirir. Bizlər isə gömrükdən keçərkən ixrac etdiyimiz malların vergisini ödəyərək ixrac əməliyyatını yerinə yetiririk. Lakin bir müddət keçəndən sonra ağlagəlməz gəlir vergisi tələbi ilə qarşılaşırıq. Fiziki şəxslər 2014-cü ildə cinayət məsuliyyətinə cəlb olunub. Biz anlamırıq, yerli məhsulları ixrac edərkən dövlətə xəyanətmi etmişik? Bizim hamımızın ixrac zamanı ödədiyimiz rüsumları var. Başa düşülməyən odur ki, bizlərin ödədiyi vergilər nəzərə alınmır. Məmurlar bununla dövlətə xeyirmi vermək istəyir? Sahibkarların qanunsuz həbsi, onların iflasa uğradılması dövlətə xeyirdirmi?
Cənab prezident, bu haqsızlığa son qoyulması üçün məsələyə müdaxilə etmənizi xahiş edirik".
Sorğu
Yeni dizaynımız necədir?