GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudovun reket generalları- SOS siqnalı

Eldar Mahmudovun reket generalları- SOS siqnalı

Tarix: 11-12-2015, 22:34 Bölmə :Ölkə Baxış: 0
Eldar Mahmudovun reket generalları- SOS siqnalı

Milli Təhlükəsizlik Nazirliyində (MTN) uzun müddət fəaliyyət göstərmiş “reket generalları” qrupunun ifşa edilməsi Azərbaycanın iqtisadi inkişafının qarşısında yaradılan subyektiv maneələrin nə qədər geniş miqyas aldığını göstərdi. Reket və quldurluq yolu ilə sahibkarların əlindən alınan və bu cinayətkar qrupdakı nankorların şəxsi rifahına xərclənən milyonları təsəvvür edirsinizmi? Xalqdan və dövlətdən oğurlanmış bu vəsaitlərin həcmi bəlkə də milyardlarla ölçülür. Bu milyonlar və milyardlar milli iqtisadiyyata sərmayə edilsəydi, ölkənin real sektorunun artımı hansı həddə çatardı?


Bu və ya digər suallarla bağlı bəzi mühüm məqamları "MTN işi"ni araşdıran hüquq-mühafizə orqanlarının, eləcə də iqtisadiyyatımızın inkişafına və təhlükəsizliyinə məsul dövlət qurumlarının diqqətinə çatdırmağı özümüzə peşə borcu sayırıq. Çünki burada söhbət ayrı-ayrı məmurların imkanlı şəxsləri şərləyib pulunu və əmlakını ələ keçirməkdən, iş adamlarına qarşı soyğunçu hərəkətlərindən yox, həm də özlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin iqtisadi inkişafına zərbə vurmasından gedir. Çünki Azərbaycan dövləti və ictimaiyyəti həmin milyonlarla vəsaitlərin iqtisadiyyatın daha da inkişaf etditriləcəyini, bu sərmayələrin tədricən ixracyönümlü və rəqabət qabiliyyətli məhsullara, xidmətlərə, iş yerlərinə çevirəcəyini, dövlətin xəzinəsinə böyük mənfəət, xalqa xeyir gətirəcəyini inamla gözləyirdi. Təəssüf ki, o sərmayələr də, o inkişaf da, o xeyir-bərəkət də itirilib. Daha doğrusu, milli təhlükəsizliyimizi qorumalı olan təhlükəli adamların güdazına gedib. Ölkə rəhbərliyinin inanıb görəv verdiyi generallar iqtidaiyyata və iş adamlarına qarşı soyğunçu hərəkətləri ilə milyonlarla vəsaiti real sektordan çıxararaq ölkənin 20 il ərzində nail olduğu iqtisadi inkişafı təhlükə qarşısında qoyub…

İş adamlarının ərizələrə sığmayan şikayətləri

Eldar Mahmudovun reket generalları- SOS siqnalı

Prezident İlham Əliyevin MTN-ni Eldar Mahmudovdan və onun əlaltılarından azad etməsi cəmiyyətdə çox güclü əks-səda doğurması da təsadüfi deyil. "MTN şefi"nin vəzifədən azad edilməsi ilə bu vaxta qədər səsi-sorağı rəsmi məqamlara gedib çıxa bilməyən reketçilik faktları, talan-qarətə məruz qalmış iş adamlarının, sahibkarların “mafiya filmləri”ndə gördüyümüz qorxulu həyat hekayətləri üzə çıxdı. Təkcə bir fakta diqqət yetirək: MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib. Bunu respublikanın ən mühüm hüquq-mühafizə orqanı - Baş Prokurorluq ictimaiyyətə rəsmən açıqlayıb.

Həmin yığcam açıqlama ölkəni bütün təhlükələrdən qotumalı olan bir nazirliyin generallarının və əməkdaşlarının vətəndaşları, illah da cəmiyətin fəal, işgüzar və çalışqan, bəsirətli və xeyirxah kəsimini təşkil edən iş adamlarını, sahibkarları hansı mərhumiyyətlərə, maddi və mənəvi terrora məruz qoyduqlarını qısa şəkildə anons edir. Törədilmiş cinayətlərin kökü və təfərrüatları, yəqin ki, daha müdhiş və heyrətamizdir. Vəzifəsi “transmilli iqtisadi cinayətkarlığa qarşı mübarizə” aparmaq olan general Subahir Qurbanovun cinayət əməllərinin bu yaxınlarda mediaya sızdırılan bəzi təfərrüatları onun özünün və rəhbəri Eldar Mahmudovun iş adamlarına qarşı necə qəddar və acımasız münasibət göstərdiyini sərgiləyir. Məsələn, iş adamı Zabil Salmanovun pulunu və əmlakını ələ keçirməyə nail olmaqla kifayətlənməyib, onu başqa şəxslərə, iş adamlarına şər atmağa da məcbur ediblər.

Şirkətə qarşı qarət və soyğunçuluq aktları

Eldar Mahmudovun reket generalları- SOS siqnalı

Eyni üsulu başqa bir iş adamına – “Azimport” MMC-nin rəhbəri Azər Əsgərova qarşı da tətbiq etməyə çalışıblar. Onu da haqqında cinayət işi başlanacağı ilə hədələyib, nazirliyə gətirərək, gecədən-səhərə qədər orada saxlayıb dindiriblər, təzyiq yolu ilə vəzifəli şəxslərin əleyhinə ifadə almaq istəyiblər. Vəzifəli şəxslərin əleyhinə ifadə almaq, hətta yaxın qohumu, vaxtilə “Azimport” MMC-nin meneceri işləmiş, lakin Dövlət Bayrağı Meydanı idarəsinə direktor təyin olunması ilə əlaqədar bu vəzifəni tərk etmiş Rəşad Məmmədovun şirkətin qeyri-rəsmi sahibi olması haqqında ərizələr yazdırmağa çalışıblar.

Bu, azmış kimi MTN əməkdaşları "Azimport"un ofisində qarət və soyğunçuluq aktları həyata keçirməkdən belə, çəkinməyib. Onlar şirkətin ofisində qeyri-qanuni axtarışlar aparıb, seyfdən qiymətli əşyalar, üstəlik, 1 milyon 300 manat nağd pul, sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə şirkətə və işçilərə məxsus olan mülkiyyət sənədlərini götürüblər. Məqsədləri Azər Əsgərovun öz əməyi və səyi ilə qurduğu, respublikada bir çox mötəbər tikinti-abadlıq layihələrini uğurla icra edən, inşaat sektorunda innovativ sahibkarlıq subyektlərindən biri kimi tanınan “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub.


Bu cür tutarlı faktlar MTN-in cinayətə bələnmiş məmurları barəsində ən ağır cəza hökmünün çıxarılmasına kifayət edə biləcək qədər çoxdur. Üstəlik, Baş Prokurorluğun məlumatında da göstərildiyi kimi, təhlükəli cinayətkar dəstənin əməlləri haqqında hüquq-mühafizə orqanlarına ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır. Həmin müraciətlərin bəzilərindən media az da olsa, xəbər tutur. Məsələn, əvvəllər prokurorluq işçisi olmuş biznesmen İsmayıl Səlimov ona məxsus olan reklam şirkətinin MTN-dəki bandanın əli ilə çökdürülməsinin təfərrüatlarını ictimailəşdirib.

Bir nazirlik digər nazirlikdən hər ay rüşvət alırmış

Eldar Mahmudovun reket generalları- SOS siqnalı

Ən acınacaqlısı odur ki, öz cinayətkar fəaliyyətini “təhlükəsiz”lik şəraitində həyata keçirən “reket generalları” təkcə iqtisadiyyatın özəl sektoruna deyil, həm də dövlət sektoruna qənim kəsilibmiş. Ölkədə real iqtisadiyyatın ən gəlirli sahələrindən birinə cavabdehlik daşıyan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən ümumi himayədarlığın həyata keçirilməsi adı ilə son 3-4 il ərzində hər ay sabit şəkildə külli miqdarda rüşvət alınırmış. Belə ağır xəraca otuzdurulmuş yüksək çinli rabitəçilər isə həmin fantastik məbləğləri elə öz kabinetlərindəcə, dövlətin cibindən oğurlayırmışlar.

Beləliklə, iqtisadi cinayətkarlığın ən ağır forması olan korrupsiya girdabına düşdüklərinə baxmayaraq, “himayədarlar”ının sayəsində “təhlükəsiz” və komfortlu həyat tərzi keçirir, hətta qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olur, çoxsaylı daşınar və daşınmaz əmlaka sahiblənirmişlər. İndi təcridxana hücrələrinin soyuq divarlarına söykənən sabiq rabitəçilər - Beytulla Hüseynov, Vidadi Zeynalov, Məhəmməd Məmmədov və başqaları MTN kabinetlərindəki zəhmli arxadaşlarının dəstəyi ilə, bir növ sadə vətəndaşlarla dövlət arasında rabitəni pozaraq, insanların haqqa-ədalətə inamını sarsıdıblar.

Prezident İlham Əliyevin “vətənə xəyanət” adlandırdığı bu görünməmiş cinayətlərin Azərbaycan iqtisadiyyatına vurduğu zərərin miqyasını indilikdə dəqiq hesablamaq, müəyyənləşdirmək çətindir. Amma iqtisadiyyatımız üçün göz qabağında olan, aşkar görünən yaralar hər kəsə bəllidir: azad sahibkarlığın və əlverişli biznes mühitinin “təhlükəsiz”liyinin uzun müddət təhdid altında olub, iqtisadiyyat qanundankənar əməllərdən sarsılılıb. Ən pisi qorxulusu isə odur ki, bu mənəvi-psixoloji zərbənin təsiri hələ uzun müddət qalacaq. Ta əsl həqiqətlər açılıb, iqtisadiyyatın yolu belə neqativlərdən tam təmizlənənədək. Hüquq-mühafizə orqanları iş adamlarından müsadirə olunmuş pulların geri alınaraq sahiblərilərinə qaytarılmasına çalışmaqla bu mənəvi-psixoloji zərbənin təsirlərini xeyli dərəcədə azalda bilər. (koordinat.az)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tanınmış hüquq müdafiəçisinin də adı MTN olayında

    Tanınmış hüquq müdafiəçisinin də adı MTN olayında ...

    26-10-2015, 12:57

  • 
  • Həbs edilən "MTN"çilərlə işbirliyində olan "jurnalistlər"in siyahısı hazırlanır

    Həbs edilən "MTN"çilərlə işbirliyində ...

    21-10-2015, 16:57

  • 
  • Bakıda “reket jurnalistlər" tutuldu – HƏM DƏ İŞ BAŞINDA

    Bakıda “reket jurnalistlər" tutuldu – HƏM DƏ ...

    21-04-2016, 01:01

  • 
  • “Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, buna “reket jurnalistika” demək olmaz"

    “Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, ...

    29-10-2018, 22:13

  • 
  • MTN generalları məhkəmədə ifadə verdi

    MTN generalları məhkəmədə ifadə verdi ...

    23-11-2017, 16:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu