Bakı şəhərində sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə avtomobil sıxlığını və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən bir sıra təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara (Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, “Azəryolservis” ASC və s.) təqdim edilib.
"Report" xəbər verir ki, NİİM tərəfindən irəli sürülən və dekabr ayında icra olunan təkliflər aşağıdakılardan ibarətdir:
- Həsən bəy Zərdabi ilə Əbdürrəhim bəy Haqverdiyev və Mirəli Seyidov küçələrinin kəsişməsindəki mövcud işıqfora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Mirəli Seyidov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün daimi yanan əlavə sağa dönmə bölməsinin quraşdırılması;
- Həsən bəy Zərdabi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsindəki işıqfora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Əsəd Əhmədov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün əlavə sağa dönmə bölməsinin quraşdırılaraq işıqforun müvafiq fazasında istifadə;
- Moskva prospekti, FHN-in qarşısında yerləşən yerüstü piyada keçidindən, piyada keçidinin yanında yerləşən avtobus dayanacağına piyadaların istifadəsi üçün yol çəkilməsi təklifi (təklif “Avto FM”-də yayımlanan “Dispetçer” verilişində səsləndirilib və vətəndaşın müraciəti əsasında icra olunub);
- 3 mkr-n və 7 mkr-n (Binəqədi RPİ-nin qarşısı) dairələrində “Dairəvi hərəkət” nişanlarının qoyulması (təklif qismən icra olunub - artıq 3 mkr-n dairəsində bu nişan quraşdırılıb).
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?