ABŞ-ın xüsusi elçisi və Beynəlxalq Enerji Koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.
Energetika Nazirliyinin məlumatına görə, , A.Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.
A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?