Gəncədə baş verən qəza zamanı xəsarət alan iki gəncdən birinin dalağı və böyrəyinin çıxarılmasına baxmayaraq, baş həkim Azad Quliyevin göstərişi ilə ağır xəsarət alan xəstə beş gündən sonra təcili evə çıxarılıb. Xəstəxana artıq uzun illərdir ki, təmir olunur deyilsə də, əslində ümumi görkəmi heç də ürəkaçan deyil. Yalnız trovmatologiya şöbəsinin birinci mərtəbəsi, yaponların bizə yazığı gəldiyi üçün müəyyən qədər təmir olunub. Azad Quliyevin pullu əməliyyatlardan başı açılmadığından, onun ölkə başçısının tövsiyyələrinə qulaq asmağa vaxtı olmasa da, bütün zamanlarda yalnız həmkarı Nazim Əhmədovdan başqa heç kimi dinləmir. Azad Quliyev akademik Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi olsa da, əsasən işi xəstəxananın təsərrüfat, kadr, palatalarda med personalla bağlı problemlərlə deyil, ancaq cərrahiyyə şöbəsində keçirdiyi əməliyyatlarla kifayətlənir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?