GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əliyev Sarkisyandan girovların azad edilməsini tələb etdi

Əliyev Sarkisyandan girovların azad edilməsini tələb etdi

Tarix: 21-12-2015, 19:04 Bölmə :Ölkə Baxış: 0
Əliyev Sarkisyandan girovların azad edilməsini tələb etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın görüşünə münasibət bildirib.

XİN rəhbəri Elmar Məmmədyarovun Azərtac-a müsahibəsi:

-2014-cü ilin oktyabr ayında Parisdə keçirilmiş son görüşdən bir ildən artıq müddətin keçməsindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin 2015-ci il dekabrın 19-da Bern şəhərində növbəti görüşü baş tutdu. Bu görüş barədə nə deyə bilərsiniz?

-2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə avqustun 10-da Soçi, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə sentyabrın 4-də Nyu-Port (Uels) və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Paris görüşləri keçirildi. Bu görüşlər nəticəsində müəyyən müsbət dinamaka əldə edildi və Paris görüşündən sonra Fransa Prezidenti Fransua Olland münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı sülh sazişi üzərində işləməyə dəvət etdi. Bunun ardınca isə 2014-cü il dekabrın 4-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində Ermənistan və Azərbaycanı tezliklə sülh sazişi üzərində işləməyə çağıran bəyanatla çıxış etdilər. Azərbaycan hələ o zaman sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan etdi.

Amma Paris görüşündən dərhal sonra Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi Yerevanın məlumatına görə, 46 min nəfərdən artıq şəxsi heyət və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Bu təlimlərin nəticəsində Ermənistan tərəfindən məlum helikopter insidentinin yaranmasının provokasiya edilməsi danışıqlarda hər hansı irəliləyişin əldə olunmamasına və gərginliyin daha da artmasına xidmət etdi.

Ona görə də bir ildən artıq müddətin keçməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 2015-ci il dekabrın 19-da dövlət başçıları səviyyəsində İsveçrənin paytaxtı Bern şəhərində görüşün keçirilməsi müsbət haldır. Bu görüşün təşkil edilməsi məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ev sahibi kimi İsveçrə hökuməti tərəfindən göstərilən səyləri təqdirəlayiq hesab edirik.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2015-ci il 3 dekabr tarixli və prezidentlərin Bern görüşündən sonra 2015-ci il 19 dekabr tarixli bəyanatlarında Ermənistan və Azərbaycan hərtərəfli həll prosesi ilə əlaqədar Soçi, Nyu-Port və Parisdə aparılmış müzakirələri davam etdirməyə və hazırda danışıqlar mövzusu olan təkliflər əsasında 2016-cı ildə dialoqu intensivləşdirməyə dəvət olunurlar.

İşğal və təcavüzə məruz qalan və bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan dövlət kimi, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf olaraq məzmunlu və nəticə yönümlü danışıqların həmişə tərəfdarı olub. Azərbaycan hazırda danışıqlar masasında olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır və Bern görüşündə bu mövqe bir daha bəyan olundu.

- Həmsədrlərin də istinad etdiyi danışıqlar masasında olan təkliflər nədən ibarətdir? Siz ATƏT-in dekabrın 3-4-də Belqradda keçirilmiş nazirlər toplantısında Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülən təkliflərə eyham etdiniz?

-Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi münaqişənin həlli ilə əlaqədar münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana təkliflər təqdim olunub. Bu təkliflər ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri tərəfindən də dəstəklənir. Təsadüfi deyil ki, bu təkliflərin müzakirəsi ilə əlaqədar 2014-cü il ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda və Yerevanda işgüzar səfərlərdə oldu və təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi apardı. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk.

Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub.

Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənən və yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır. Bəs Ermənistan nəyi gözləyir?

Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qeyri-qanuni əməllər həyata keçirməklə Ermənistan hər vəchlə münaqişənin həllinə mane olmağa çalışır.

Göründüyü kimi, danışıqlar prosesində konkret təkliflər olduğu halda, Ermənistan tərəfindən verilən bəyanatlarda bunların heç birinə toxunulmur və məqsədyönlü şəkildə hədəfdən yayınmaq üçün insidentlərin araşdırılması mexanizmi və digər ikinci dərəcəli məsələlər gündəmə gətirilir və yalnız daxili auditoriya üçün hesablanmış spekulyativ bəyanatlar verilir. Hətta ABŞ-da və digər ölkələrdə olan erməni lobbi dairələri səfərbər edilərək, danışıqlar mövzusu olan və münaqişənin hərtərəfli həllinə xidmət edəcək köklü məsələlərdən diqqəti yayındırmaq və hədəfi yalnız insidentlərin araşdırılması mexanizminə yönəltmək kimi siyasət yürüdülür.

-İnsidentlərin araşdırılması mexanizmi nəyi nəzərdə tutur və bununla bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir?

-İnsidentlərin araşdırılması mexanizmi münaqişənin həlli ilə əlaqədar kompleks tədbirlərin bir elementi olaraq, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası prezidentlərinin 2011-ci 5 mart və 2012-ci il 23 yanvar Soçi bəyanatlarında öz əksini tapıb. İnsidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin hərtərəfli həllinə xidmət edə biləcək kompleks vasitələrdən biridir.

İlk növbədə ondan başlayaq ki, insidentlər nəyə görə baş verir? Ona görə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq Ermənistanın silahlı qüvvələri mövcuddur. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər də baş verməz, onların araşdırılmasına da ehtiyac qalmaz.

Bu ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan tərəfindən bir daha bəyan edildi ki, insidentlərin araşdırılması mexanizmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır.

Ümumiyyətlə, insidentlərin araşdırılması mexanizm olaraq bir sıra suallarla müşayiət olunur və Azərbaycanın işğal edilmiş əraziləri ilə Ermənistanın dövlət sərhədi boyunca olan məntəqələrdə onun tətbiqi məsələsinə baxıla bilər.

Ermənistan tərəfindən məqsədyönlü şəkildə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də istinad etdiyi hərtərəfli həll prosesinin ən vacib elementi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması arxa plana atılaraq, insidentlərin araşdırılması ön plana çəkilir. Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır.

-Berndə münaqişənin humanitar aspektləri, girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və ümumiyyətlə, prezidentlərinin Paris görüşünün davamı olaraq, humanitar məsələlər müzakirə olundumu?

-Prezidentlərin Bern görüşündə də münaqişənin humanitar aspektləri müzakirə olundu. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir daha qaldırıldı.

Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2010-ci il 27 oktyabr tarixli Həştərxan, 2011-ci il 5 mart və 2012-ci il 23 yanvar tarixli Soçi bəyanatlarında əsir və girov götürülmüş şəxslərin, meyitlərin qaytarılması və münaqişənin humanitar aspektləri üzrə əməkdaşlıq nəzərdə tutulurdu. Prezidentlərin Paris görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə məlumat mübadiləsi mexanizminin yaradılması təklif edildi. Dörd mindən artıq vətəndaşı itkin düşmüş hesab edilən Azərbaycan Fransa Prezidenti Fransua Ollandın humanitar xarakter daşıyan bu təşəbbüsünü dəstəkləyir.

Bu xüsusda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və İsveçrə hökumətinin həyata keçirdikləri humanitar missiyasını alqışlayırıq. BQXK-nin hazırladığı son siyahı əsasında 4496 nəfər itkin düşmüş şəxs kimi müəyyən edilib. Ümid edirik ki, bu layihənin uğurla həyata keçirilməsi nəticəsində 20 ildən artıq bir dövrdə itkin düşmüş hesab olunan şəxslərin ailələrinə onların taleyi barədə müəyyən məlumatın verilməsi mümkün olacaq.

ATƏT Minsk qrupunun həmsədrlərinin 2015-ci il 3 dekabr tarixli bəyanatında Azərbaycan tərəfindən təmas xəttini keçmiş bir nəfər əsgər və bir nəfər mülki şəxsin Ermənistana qaytarılması təqdirəlayiq humanitar akt və beynəlxalq humanitar öhdəliklərə uyğun addım kimi qiymətləndirildi. Həmçinin tərəflərə çağırış edilərək, Həştərxan bəyanatının ruhunda qalan bütün əsir və girovların qaytarılması qeyd edildi.

Onu da bildirim ki, bundan bir qədər əvvəl Azərbaycan tərəfdən xoş niyyətin göstəricisi olaraq daha bir ailə də Ermənistan tərəfinə təhvil verildi.

Odur ki, növbə Ermənistanındır. Rəsmi Yerevan beynəlxalq humanitar öhdəliklərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, itkin düşmüş şəxslərlə əlaqədar məlumat mübadiləsi prosesində iştirak etməli və soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunmasını təmin etməlidir.

Bir daha qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Ermənistanın işğalının nəticələrinin aradan qaldırılmasına, yekunda beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət edən nəticə yönümlü danışıqlara hazırdır.

Azərbaycan 2016-cı il ərzində də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin həlli istiqamətində aktiv fəaliyyətini davam etdirəcək. Nəhayət, Ermənistan rəhbərliyi anlamalıdır ki, beynəlxalq ictimaiyyətin tələb etdiyi kimi qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh, sabitlik bərqərar ola və hərtərəfli iqtisadi inkişaf üçün böyük imkanlar yarana bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Fransa Prezidenti Fransua Olland ilə görüşüb

    Prezident İlham Əliyev Fransa Prezidenti Fransua ...

    15-03-2017, 00:47

  • 
  • Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın 23-də Nyu-Yorkda görüşəcəklər

    Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın ...

    20-09-2019, 10:43

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

    Azərbaycan və Ermənistan xarici işlər ...

    12-07-2017, 11:00

  • 
  • Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər

    Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN ...

    16-01-2019, 10:12

  • 
  • Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş olacaq

    Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş ...

    29-03-2019, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu