Benzinin qiymətinin artacağı il bağlı müxtəlif fikirlər yayılıb Azərbaycanda benzinin qiymətinin artacağı il bağlı müxtəlif fikirlər yayılıb. Sosial şəbəkələrdə bildirilir ki, manatın dollara nisbətdə 50 faiz ucuzlaşmasından sonra yanacaq məhsulları və benzinin qiyməti artıb. Məsələni araşdırmaq üçün Tarif Şurası ilə əlaqə saxladıq. Qurumdan baku.ws-ə bildiriblər ki, yayılan söz-söhbətlərin heç bir əsası yoxdur. "Bununla bağlı heç bir müraciət daxil olmayıb. Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”, - derə qurumdan bildirilib. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?