GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

“DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

Tarix: 24-12-2015, 17:06 Bölmə :Ölkə Baxış: 0
“DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

Heç şübhəsiz Azərbaycanda başa vurmaqda olduğumuz ilin ən mühün hadisələrindən biri Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında cərəyan edən hadisələr oldu. Nazir Eldar Mahmudovun istefaya göndərilməsi ilə başlanan, bir qrup generalın ağır ittihamlarla həbsi ilə davam etdirilən prosesdə hələlik son addım MTN-nin ləğv edilməsi, yerində 2 yeni qurumun yaradılmasıdır.

Rəsmi ittihamlarda MTN-dəki islahatların, “təmizliyin” və həbslərin səbəbi kimi Eldar Mahmudovun başına topladığı “General bandası”nın soyğunçuluq və quldurluqla məşğul olması göstərilib. Bu banda iş adamlarının əmlakının zorla əlindən alınmasından tutmuş, adam oğurluğuna, qətllərə qədər, ən müxtəlif cinayətləri həyata keçirib. Ölkədə çox az sayda iş adamı, məmur, ticarətçi tapmaq olar ki, bu banda ilə üzləşməsin. Bütün imkanlı insanların qapısını döyüb, ya birdəfəlik böyük miqdarda, ya da illik və ya aylıq haqq alıblar. Vermək istəməyənləri özünə və ailə üzvlərinə işgəncələrlə buna məcbur ediblər. Hətta bunlarla da kifayətlənməyib, yüksək vəzifəli şəxsləri, tanınmış insanları gizli dinləyərək, onları şantaj ediblər. Bu barədə çox yazılıb, hər kəsə məlumdur…

“DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

Ancaq bunlar nə qədər dəhşətli faktlar olsa da, bir zamanlar kəsdikləri başa sorğu-sual olmayan Eldar Mahmudov və bandasının bir gecədə sıradan çıxarılmasının əsas səbəbi hesab etmək olmaz. Rəsmi şəkildə açıqlanmasa da, ortada olan məlumatlar göstərir ki, ona olan etimaddan maksimum yararlanan Eldar Mahmudov və ətrafındakılar siyasi hakimiyyətə qarşı hansısa planın içində olublar. Dövlət çevrilişinə hazırlaşırdılar, yoxsa növbəti şeçkidə “məxməri dəyişiklik” planlaşdırırdılar, bunu söyləmək çətindir.

Ancaq sözün həqiqi mənasında dövlət içində dövlət yaradan Eldar Mahmudovun planlarının sadəcə milyardlarla dollar pul yığmaqla yekunlaşmadığı şübhə doğurmur. Onun Rabitə Nazirliyini öz nəzarəti altına almasını, burada MTN-nin çetesini qurmasını da məhz gələcək planları ilə bağlamaq olar. Sabiq nazir Əli Abbasovun xaraktercə zəif insan olması bunun üçün Mahmudova lazımı şərait yaradıb. Ancaq bu o demək deyil ki, Ə. Abbasovdan başqa digər yüksək vəzifəli şəxslər MTN şefi ilə işbirliyində olmayıb. Ən azı Əmlak Komitəsinin rəhbərliyi ilə bağlı ciddi şübhələr var ki, bu başqa mövzudur.

“DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

Eldar Mahmudovun planları hər nə olubdursa, onun əsas diqqət verdiyi məsələlərdən biri ölkənin internet resursları üzərində tam nəzarəti həyata keçirmək olub. Məhz bu səbəbdən ölkənin 90 faizini internetlə təmin edən “Delta Telekom”a xüsusi avadanlıqlar yerləşdirilib.

Bu fakt ötən ayın – noyabrın 16-da “Delta Telekom”da baş verən qəfil yanğından sonra ortaya çıxdı. Bu hadisə nəticəsində ölkənin 90 faizi internetsiz qaldı. Bəzi yerlərdə 3-4 saat, bəzi yerlədə daha uzun müddətə.
Əvvəlcə “Delta Telekom”da texniki nasazlıq nəticəsində yanğının baş verməsi və avadanlıqların sıradan çıxması göstərilsə də, sonrakı açıqlamalar təxribat versiyasını gücləndirdi.

“DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

Belə ki, “Delta Telekom”un baş direktoru Ramazan Vəliyev ANS TV-yə müsahibəsində yanğının qəsdən törədildiyinə açıq işarə vurub. O bildirib ki, yanğın baş verən otaqda son 2 ildə heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik bu ilin may ayında MTN tərəfindən quraşdırılan avadanlıq olub ki, yanğın da məhz həmin avadanlıqdan başlayıb. Ramazan Vəliyevin sözlərindən o da məlum olub ki, Eldar Mahmudov şəxsən özü onunla əlaqə saxlayıb və bu avadanlığı quraşdırmaq üçün prezidentin adından istifadə edib: “Yanvar ayından bu hadisələr başlayanadan biz aparılan müzakirələrdə müəyyən etdik ki, axırıncı qoyulan “Alov” şirkətinin avadanlıqları I Avropa Oyunlarının təhlükəsizliyini qorumaq üçündür. Biz dəfələrlə məsələ qaldırdıq ki, bu avadanlığın özü artıq təhlükə mənbəyinə çevrilir. Çünki bizdə hər şey tam rezervlidir, hər şey normal çalışır. Lakin avadanlığın tək qoyulması çox böyük bir risk yaradır. Hazırda məlum hadisələrlə əlaqədar içəridə olan bu monitorinq idarəsinin rəhbərliyi ilə biz dəfələrlə bunu müzakirə etdik. Və bu tələbin ardınca həmin dövrdə milli təhlükəsizlik naziri vəzifəsini icra edən Eldar Mahmudov şəxsən özü mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır. Biz bilirik ki, Avropa oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzə etmişəm, avadanlığın quraşdırılması üçün şərait yaratmağa borclusuz və hətta orada olan 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqlar operatorlar tərəfindən alınacaq. Bunların hamısı sizin tərəfinizdən təmin olunmalıdır və bu cənab prezidentin göstərişidir. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq cənab prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır. Bizim çıxış yolumuz yoxdur”. (Müsahibəyə tam şəkildə aşağıdakı videomaterialdan baxa bilərsiniz).

“DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

Yəni, “Delta Telekom”un baş direktoru Ramazan Vəliyev baş vermiş hadisənin Mahmudovun bandasının təxribatı olduğunu istisna etməyib. Ancaq Mahmudovun bandasının bu təxribatı necə törətdiyini, aylar öncə quraşdırılmış avadanlıq vasitəsilə necə yanğın çıxararaq, ölkəni müəyyən müddət internetsiz qoyduğunu açıqlamayıb. Heç bu barədə rəsmi və qeyri-rəsmi məlumatlar da olmayıb.

Bu baxımdan məlumatlı mənbələrdən “AzPolitika.info”ya verilən bir məlumat, tam olmasa da, bu təxribatın necə törədildiyinə müəyyən aydınlıq gətirir. Belə ki, məlumata görə, Eldar Mahmudov “Delta Telekom”a yalnız özünün hansısa məqsədlər üçün istifadə etdiyi avadanlığı yerləşdirməklə kifayətlənməyib. Eyni zamanda həmin avadanlığın yerləşdiyi otaqlara – FİBER optik kabellərin olduğu hissəyə girmək imkanı olan “Delta Telekom”un əmkdaşlarından birini (bəlkə də daha çoxunu-müəl.) hansısa vasitə ilə əməkdaşlığa da cəlb edib. Daha dəqiqi, şirkət daxilində özünə işləyən, onun əmrini icra edən şəxslər də müəyyənləşdirib.

“DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

Mənbənin sözlərinə görə, bu fakt da məhz “Delta Telekom”da yangından sonra məlum olub. Belə ki, istintaq zamanı “Delta Telekom”un FİBER optik kabellərin olduğu hissədə çalışan əməkdaşlarından birinin yanğından bir gün qabaq ölkəni tərk etdiyi məlum olub. Rəsmi açıqlama verilməsə də, hadisənin məhz həmin şəxs tərəfindən törədildiyi ehtimal edilir. Hazırda axtarışda olduğu deyilən həmin şəxsin ad-soyadını dəqiqləşdirmək cəhdlərimiz alınmayıb.

Bu isə MTN-də aparılan həbslərin Mahmudovun bandasını tam zərərsizləşdirmədiyini, onun müqavimət imkanlarının hələ də qaldığını düşünməyə əsas verir. Hər halda son 10 ildə qeyri-məhdud səlahiyyətlər əldə edən Eldar Mamudovun sadəcə Rabitə Nazirliyinə və ya “Delta Telekom”a öz adamlarını yerləşdirdiyini düşünmək sadəlövhlük olardı. Bəlkə də hələ çox yerdə Mahmudovdan əmr gözləyən kifayət qədər banda üzvü var.

R. Əliyev
AzPolitika.info

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudovun "Dəmir" adamı tutuldu - "MTN işi"ndə yeni detal

    Eldar Mahmudovun "Dəmir" adamı tutuldu ...

    5-11-2015, 13:06

  • 
  • AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük “haqq” verən nazir!

    AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük ...

    18-11-2015, 16:09

  • 
  • İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK EDİR - Eldar Mahmudov evindədir…

    İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK ...

    19-10-2015, 17:36

  • 
  • Tanınmış hüquq müdafiəçisinin də adı MTN olayında

    Tanınmış hüquq müdafiəçisinin də adı MTN olayında ...

    26-10-2015, 12:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu