“Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirilən görüşündə irəliləyiş olmayıb. Lakin tərəflər Minsk formatında işi davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanması üçün yüksək səviyyədə siyasi dialoqu təqdir edir. “Həmsədrlərin vasitəçilik fəaliyyəti davam etdiriləcək. Rusiya tərəflərə bu istiqamətdə yardım göstərməkdə davam edəcək”, - deyə M. Zaxarova vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?