GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nura Suri: “Pensiya alan adam yemək yeməyəcək, acından öləcək?”

Nura Suri: “Pensiya alan adam yemək yeməyəcək, acından öləcək?”

Tarix: 25-12-2015, 00:48 Bölmə :Ölkə Baxış: 0
Nura Suri: “Pensiya alan adam yemək yeməyəcək, acından öləcək?”

Manatın dəyərdən düşməsi incəsənət aləmini də çökdürüb desək, yanılmarıq. Bir tərəfdən də vergi cərimələri ilə üzləşən sənət adamları artıq etirazlarını bildirməyə başlayıblar.

Tanınmış estrada müğənnisi Nura Suri Cebhe.info-nun suallarını cavablandırarkən bir çox məqamlara toxunub:

- Sənətçi olaraq manatın dəyərdən düşməsi ilə bağlı fikirləriniz?
- Bu məsələdə hamı hər şeyi başa düşür. Prezident də öz çıxışında bildirdi ki, bu planlı şəkildə görülən bir işdir. Neftin qiymətinin bu qədər aşağı salınması bir çox ölkələrə qarşı təxribat kimi qəbul oluna bilər. Prezident də dünən öz çıxışında eyni sözləri dedi. Bu, siyasi məsələdir. Müğənnilərin bu haqda fikir söyləməsi düzgün olmaz. Amma bir şey mənə çox maraqlıdır. Manat devalvasiya olunubsa, dollar 78-dən 1 manat 55 qəpiyə qalxıb. Yəni 100 faiz devalvasiya baş verib. Mənə maraqlıdır, inflayasiyanı necə hesablayacaqlar, pensiyaları, maaşları nə qədər artıracaqlar. Hal-hazırda göstərilən inflyasiya 4 faizdir. 100 faiz devalvasiya olanda inflyasiya necə hesablanacaq? Bunu başı çıxan bir adam bizə başa salsın. Hər şeyin qiyməti artıb. Pensiya alan adam bunu necə ödəyəcək? Yemək yeməyəcək? Acından öləcək? Mənə yalnız maraqlı olan tərəf budur.

- Bu vəziyyət sənətçilərə necə təsir etdi və ya edəcəkmi?
- Düzünə qalsa, onsuz təsir edib də. Bizim işimiz əvvəlki qaydada deyil. 2011-dən 2012-ci ilə qədər olan iş rejimi 2014-dən sonra xeyli dəyişib. Hazırda baş verən bir çox hadisələr müğənnilərə qarşı başqadır. Müğənnilərə qarşı elə bir mövqe tutublar ki, sanki müğənni xalq düşmənidir. Bu müğənninin də ailəsi var, o da evinə çörək aparır. Müğənni də bir çox ailələrə çörək verir. Çünki bu sənətçilərin ətrafında adamlar işləyir. Onlar da evinə çörək aparır. Prezident çıxışında dedi ki, sahibkarlara güc düşməsin deyə onların işini asanlaşdırdılar. Belə çıxır ki, indi də müğənnilərin üstünə hücum olunub. Kim çıxır müğənnidən danışır. A balam, bu ölkənin məgər müğənnidən başqa problemi yoxdur, başa düşə bilmirəm? Getsinlər başqa məsələlərlə maraqlansınlar. O qədər şadlıq sarayları, otellər var. Bunlar hansı pullarla, kimlərə məxsusdur və nə ilə açılır? Müğənni yazıq nə qazanır göz qabağındadır. Müğənnilərin hamısının evi, maşını kreditdədir. Müğənni məgər milyon qazanır?

- Nura xanım, yeri gəlmişkən sizin vergiyə borcunuz varmı?
- Mənim əslində heç bir borcum yoxdur, amma Vergilər Nazirliyindən mənə cərimə yazıblar. İndi nazirliyə şikayət yazmışam, cavabını gözləyirəm. 900 manatdan çox mənə vergi cəriməsi yazıblar. Halbuki mən 6 ildir ki, vicdanlı olaraq vergi ödəyirəm. VÖEN-im də var. Pensiya fondumu da,vergimi də vaxtı-vaxtında ödəmişəm. Vergini vaxtında ödədiyim halda özümü birdən-birə vergi ödəməyən başqa müğənnilərin siyahısında görürəm. Mən niyə cərimə ödəməliyəm? İndi mənim işim azdı, az ödəyirəm. Hardan gətirim artıq ödəyim? Çox qazanmadığım halda necə ödəyə bilərəm? Nə qazanmışam, onu da ödəmişəm. İndiyə kimi 1 manat da borcum olmayıb. Birdən-birə məni niyə cəriməliyiblər, onu anlaya bilmirəm. Kimin VÖEN-i olmayıb, vergidən yayınıb, o adamı cərimələsinlər.Vergi ödəmək hər kəsin borcudur. Belə də yox…

- Cərimə ilə bağlı məhkəməyə müraciət etməyi nəzərdə tutursunuz?
- Hələlik Vergilər Nazirliyinə şikayət ərizəsi yazmışam. Əgər müsbət cavab olmasa, o zaman məhkəməyə müraciət etməli olacağam.

- Mövcud vəziyyətdə toyların qiyməti nə qədərdir?
- Vallah, mən bilmirəm kim toya neçəyə gedir. Son bir ildə müğənnilərin demək olar ki, işi olmayıb. May ayında toy olmur. Avropa Oyunları oldu. O ərəfədə bir çox şadlıq sarayları çalışmadı. Orucluq və Məhərrəm ayı gəldi. Hamısı üst-üstə düşdü. Toy müğənniləri ilə toy aparan müğənnilər ayrıdır. Estrada müğənniləri isə tamam fərqlidir. Estrada müğənnilərini toya çox az çağırırlar. Mən toy müğənnisi deyiləm. Mən də estrada müğənnisiyəm.

Nia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Mənə baxanlar yerindən qalxa bilmir“ – Nura Suri

    “Mənə baxanlar yerindən qalxa bilmir“ – Nura Suri ...

    19-09-2019, 15:50

  • 
  • Manatın dəyərdən düşməsi aktrisanı ziyana salıb

    Manatın dəyərdən düşməsi aktrisanı ziyana salıb ...

    23-12-2015, 19:53

  • 
  • Nura Suri 200 manat cərimələndi - DİN-dən açıqlama

    Nura Suri 200 manat cərimələndi - DİN-dən açıqlama ...

    14-07-2020, 22:08

  • 
  • "Nə qədər istədim özümü ona sırıyam, almadı məni" — Nura

    "Nə qədər istədim özümü ona sırıyam, almadı ...

    13-10-2017, 12:52

  • 
  • Nura: "Siz hürməyinizdə olun!"

    Nura: "Siz hürməyinizdə olun!" ...

    25-01-2015, 22:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu