Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.
Trend-in məlumatına görə, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?