Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Natiq Həşimi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Kamran Vahid oğlu Bağırov aralarında yaranmış münaqişə zəminində tanışı, 1986-cı il təvəllüdlü Cümşüd Əsədulla oğlu Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.
Qətli törədən K.Bağırov saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?