Avtomobil bazarında durğunluq hökm sürür. Bunun əsas səbəblərindən biri də avtomobillərin avtomobil kreditlərini dayandırmasıdır.
Ekspertlər isə deyir ki, qərar problemli kreditlərin məbləğinin artmaması üçün atılan addımdır. Bunun bəzi müsbət tərəfləri də var.
Banklar avtomobil kreditlərini dayandırıb. Səbəb devalivasiyadan sonra yaranmış situasiyada yenidən qiymətləndirməkdir.
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bu proses alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacaq. Nəzərə alsaq ki, 1 ilə yaxındır ki, avtomobil kreditləşməsində şərtlərin sərtləşdirilməsi onsuz da ölkəyə avtomobil idxalının azaldılmasına səbəb olub. Əgər 2013-cü ildə Azərbaycan 97 min avtomobil gətirilibsə, bu ilin 11 ayı ərzində bu rəqəm 70 faiz azalara, 27 min təşkil edib. Proses davam edəcək.
Ekspert hesab edir ki, bu addım problemli kreditlərin həcminin artmasının qarşısını alacaq. Bu həm vətəndaşları, həm də bankları əlavə risklərdən azad edir. Çünki adətən kreditlə alınan avtomobillərin özləri girov qoyulur. Ödəmədə problem yarananda avtomobil müsadirə edilir. Avtomobil artıq işlənmiş olduğu üçün dəyəri xeyli düşmüş olur. Nəticədə müştəri avtomobilini bank isə vəsaitini itirmiş olur. Kreditlərin dayandırılması yeni avtomobillərin qiymətinə də təsir edə bilər. Çünki alıcılıq qabiliyyətinin azalması şirkətləri məcbur edəcək ki, gəlirlərini minimuma endirsinlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?