GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağsu icra başçısını bitirəcək - ŞOK SİYAHI YAYILDI

Ağsu icra başçısını bitirəcək - ŞOK SİYAHI YAYILDI

Tarix: 28-12-2015, 20:55 Bölmə :Ölkə Baxış: 0
Ağsu icra başçısını bitirəcək - ŞOK SİYAHI YAYILDI

Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil Aydın oğlu rayonun icra başçısı Ənvər Seyidəliyev haqda ölkə başçısına şikayət məktubu göndərib. Surəti cumhuriyyet.az-a təqdim olunan həmin məktubu olduğu kimi təqdim edirik:

“Mən iki dəfə Ağsu rayon icra hakimiyyətinin başçısı Ə. Seyidəliyev haqqında, onun rayon əhalisini incitməsi və çatışmazlıqları barəsində yazdığım şikayət ərizəsi prezident administrasiyasının ümumi şöbəsi tərəfindən şikayətçi olduğum, Ə. Seyidəliyevin üzərinə göndərildi. O, da heç bir tədbir görmədən, özü istədiyi kimi cavab yazıb yuxarı instansiyalara göndərdi. Mənə isə heç bir cavab verilmir. Bu halın nə dərəcədə qanuna müvafiq olduğu mənim üçün günü bu gün də qaranlıq olaraq qalır.
Dövlət başçısının vətəndaşların müraciətlərinə baxılması qaydası haqqındakı məlum sərəncamına, buradan irəli gələn tələb və qanunlara Ağsu rayonunda əməl olunmur. Çünki rayonu Ə. Seyidəliyev firon tək idarə edir və bundan sonra da bu xəttə davam etmək istəyir. Mən müvafiq qaydada məlum qanunlara əsaslanaraq, yenidən sizə müraciət edirəm. Mən burada qanunlarımıza istinad edərək, vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasını nəzərdə tuturam. Mənim müraciətlərimdə göstərdiyim hüquq və azadlıqlarım, maddə-maddə, bənd-bənd Ə. Seyidəliyev tərəfindən pozulur. Yazmış olduğu faktlar icra başçısı tərəfindən qəsdən gizlədilir. Mən birinci şikayət ərizəmi 9 sentyabr 2015 ci il tarixində yazsam da, hələ indiyə kimi mənə heç bir cavab verilməyib.

Azərbaycan respublikasının prezidenti İlham Əliyev dövlət qurumlarının rəhbərlərinə insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılmasını əmr edib. Dövlət başçısının vətəndaşlara münasibətdə ədalət prinsipinə əməl olunması ilə bağlı verdiyi tapşırıqlara Ə. Seyidəliyev kimi məmurlar əməl etmirlər. Ə. Seyidəliyev üçün qüvvədə olan qanunlar adi kağız parçası kimi bir şeydir. Rayonu şəxsi maraqlarına uyğun və hikkəsi ilə idarə edir. Rayon əhalisinin 95% əhalisini dövlətdən və prezident İlham Əliyevdən narazı salır. Ənvər Seyidəliyevin maddi marağı olmasa hər hansı işi həll etmir. Ona hər hansı iş üçün müraciət edənlərin mütləq cibi pulla dolu olmalıdır. Əgər rüşvət verməsən səni yağlı, boş-boş vədlərlə yola salacaq. Bu adamda zərrə qədər dövlətə, dövlətçiliyə sevgi yoxdur. Bu adam üçün pul ən müqəddəs şeydir. Ə. Seyidəliyev rayonda o qədər narazılıqlara səbəb olub ki, artıq Ağsu sakinləri kütləvi şəkildə yığışıb prezident adminstrasiyasının qarşısına etiraza gəlmək niyyətindədirlər. Bu işdə Ə. Seyidəliyevin arxasında bacanağı, bacısı oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dayanır. Dayı-bacıoğlu əl-ələ verərək Ağsunu viran qoyublar. Onlar rayonun demək olar ki, 95%-ni özəlləşdiriblər. Rayonu aşağıda göstərdiyim faktlarla zəbt ediblər.

1. Ağsu şəhərində vərəm dispanserinin taxta binası yandırıldı. Onun 5 ha-dan yuxarı olan torpaq sahəsi özəlləşdirildi və hündür hasarla əhatəyə alındı. Hətta gözləri doymadı, ona yaxın olan C. Cabbarlı küçəsinə 4 metr girərək küçəni daraltdılar.

2. Rayonda olan maşın və traktorların birliyini (köhnə MTC) özəlləşdirdilər, 100-lərlə maşın, konbayın, traktorları, tokar dəzgahlarını, böyük sənaye tipli təmir emalatxanalarını söküb satdılar. Həmin pullardan vergi orqanlarına 1 manat da olsa pul ödəmədilər. Həmin MTC 5 ha-dan yuxarı torpaq sahəsində hazırda istilikxana (parnik)inşa edirlər. Hər hektarına 1 milyon manatdan yuxarı pul qoyulur. Sual olunur, bu pulların mənbəyi haradandır?Həmin yerlərdə yerli Ağsulular heç fəhlə kimi də işləyə bilməz. Bu yerlərdə öz qohumlarını və ya ətrafdan gətirdikləri adamları işlədirlər.

3. Səlim Müslümov və Ənvər Seyidəliyev rayon istehlak cəmiyyətinin köməkçisi idman salonunu, eyni zamanda 3 ha yaxın torpaq sahəsini qohumlarının adına alaraq özəlləşdirmişlər.

4. ”Ağsu çörək MMC” Səlim Müslümovun atası, Yanvar Müslümovun adına özəlləşdirilmiş və keyfiyyətsiz çörək məhsulları istehsal etməklə fəaliyyətdədir.

5. Köhnə yanğın söndürmə idarəsinin və kübrə idarəsinin torpaq sahələri bu oliqarxlar tərəfindən alınmışdır.

6. Hal-hazırda Ağsu şəhər ərazisində 25 ha artıq torpaq sahələrini özəlləşdirib götürmüşlər.

7. 2014-2015 ci dərs ilində Muradlı, Dilman, Keçdiməz kəndlərində yeni məktəb tikintisi üçün ayrılan maliyyə vəsaitləri on dəfələrlə şişirdilib pulları mənimsənilmişdir.

8. Bico kəndində uşaq baxçası tikilmək üçün ayrılmış vəsait mənimsənilərək heç bir iş görülməmişdir.

9. Rayon mərkəzi xəstəxanasının yanındakı yarımçıq tikili olan bina S. Müslümov və Ə. Seyidəliyev özəlləşdirərək götürüblər.

10. Məmurlar biznes ilə məşğul ola bilməzlər. Bunu mövcud qanunlar ehtiva edir. Ancaq bu oliqarxların xeyli sayda restoranlar şəbəkəsi, supermarketləri, tikinti satış bazarları vardır. Ağsu-Göyçay yolu üzərində yol boyu olan obyektlərin xeyli hissəsi bunlara məxsusdur.

11. Ağsuda Ənvər Seyidəliyev tərəfindən, saxta dərmanlar istehsal olunur, rayonun apteklərində və qonşu rayonlarda satılır.

12. Ənvər Seyidəliyev rayon icra hakimiyyətinin başçısı olan kimi, arxası S. Müslümovun göstərişi ilə Ağsu rayonunun 16-kəndinin sovet dövründə qurulmuş, melorasiya borularını 2 metr 2. 5 metr dərinlikdən torpaqdan çıxararaq satmışlar. Həmin kəndlərin torpaq sahələri heç bir şeyə yaramadığı üçün, şoranlaşdığı üçün istifadəsiz qalıb.

13. Ənvər Seyidəliyevin Ağsu şəhəri üçün Quzey kəndindən çəkdirdiyi deyilən bulağın boruları Hacıqədirli və Ərəbmehdibəy kəndlərindən sökülmüş melorasiya borularıdır ki, həmin boruların əvəzində dövlət büdcəsindən 1500000 (bir milyon beş yüz min)manat pulu mənimsədi. Həmin çəkilən bulağın suyu texniki su olduğu üçün heç nəyə yaramır.

14. Hər il Ağsuda 100 hektarlarla torpaq sahəsi Ə. Seyidəliyev tərəfindən əkilir ya əkilmir, amma supsidiyalar mənimsənilir.

15. Səlim Müslümov və Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc, və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyələr adından satılmış və pulu mənimsənilmişdir.

16. Bico kəndində, 120 ha torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində isə 300 ha əhalinin pay torpaqları S. Müslümov və Ə. Seyidəliyev tərəfindən 1 ha 2100 manata alınmışdır. Burada torpaq alqısı hələ də davam etməkdədir.

17. Girdiman çayında S. Müslümovun və Ə. Seyidəliyevin gün ərzində 350-400 ton daş-çınqıl istehsal edən daş karxanası vardır. Bu məhsullar rayona, qonşu rayonlara, hətta Bakı şəhərinə satılır, ancaq dövlətə 1 manat da olsa vergi verilmir.

18. Ağsu şəhərində bardiyar sexi, üzdaşı sexi, tamet sexləri vardır. Bu adamların gözü doymur, gördükləri işlərin də hamısı görünüş xatirinədir. Hər il rayonun mərkəzi küçələrini sökdürür və özünə məxsus keyfiyyətsiz üz daşı, bardiyar və tametləri dəyişib, xeyli pul mənimsəyirlər.

19. Rayonda olan bütün vəzifələr öz qohumlarının əlindədir. Kənar adamları yaxın qoymurlar.

20. Cənab prezidentin bu ilin sentyabr ayında Ağsuya səfəri zamanı 5-dağ kəndinə su çəkildiyini və həmin kəndlərdə evlərə paylandığı, artıq istifadə olunduğunu deyərək cənab prezidentə yalan məlumat verərək onu aldatmışlar. Ağsuda dayı bacıoğlunun hər işi belədir.

21. Bu oliqarxlar öz cinayət əməllərindən əl çəkmir, istədikləri adamı öldürtdürə və şərləyə bilərlər. Ə. Seyidəliyevin vəzifədə olduğu dövrdə 11 nəfər Ağsulu müəmmalı şəkildə ölmüşdür. Ə. Seyidəliyevin oğlu Dəyanət “cip”maşını ilə Şamaxı rayonunun Məlhəm kəndində uşaq vurub öldürdü. Cinayət işi necə bağlandısa, indi də səsi-sorağı yoxdur.

22. Bu ilin geridə qalan aylarında “Aqrolizinq” yolu ilə fermerlərə və ailə kəndli təssərrüfatlarına güya 750-800 ton mineral gübrə satılıb. Həqiqətən həmin gübrələr Kürdəmir dəmir yolu stansiyasında Ə. Seyidəliyev tərəfindən satılıb və pulu mənimsənilib. Bələdiyyə sədrləri və icra nümayəndələri vasitəsi ilə güya gübrə kəndlilərə satılıb deyə sənədləşdirilib.

23. Ağsu rayonunun sağ sahilində salınan mərhum Zərifə xanım Əliyeva adına parkda mənim kafem var idi. Ə. Seyidəliyev mənə dedi ki, genişlənmə ilə əlaqədar obyekt sökülməlidir. Əvəzində sökülməsinə görə 80. 000(səksən min manat) verəcəyini dedi. O, vaxtdan bu günə kimi 1000 (1 min manat)pul verib, indi isə pulumu tələb edəndə deyir ki, get pulunu Prezident İlham Əliyevdən istə. Qoy pulunu o versin. Görün bu adam nə qədər harınlayıb ki, belə bir söz işlədir.

24. Curuğlu kənd sakini, mərhum şəhid atası Heydərov Ələkbər Xeyrulla oğlunun ürəyini partladıb, öldürdülər. Belə ki, şəhid Müşviqin ailəsi ev tikilməsi adı ilə 83. 000 (səksən üç min manat) sənədləşdirib, pulunu götürüblər. Faktiki olaraq evi yarımçıq qoyaraq, cəmi 3500 (üç min beş yüz manat) pul veriblər. Ələkbər kişi bunu biləndə rayon icra hakimiyyətinə gəlib, araşdırma aparanda ürəyi partlayıb dünyasını dəyişdi. Mərhumu Ə. Seyidəliyev iki il imiş ki, get-gələ salıblarmış.

25. Yalandan 6-ay bundan əvvəl xəbər verirlər ki, Gəgəli, Rəhmalı, Kəndoba kəndlərinə qaz verildi. Ancaq indi Gəgəli kəndində yoxlanış üçün yanır, o biri kəndlərə hələ yenicə qaz xəttləri çəkilir. Hesablamalara görə, S. Müslümovun 7-10 (yeddi-on milyard manat) daşınmaz əmlakı və xarici banklarda pulu vardır. Onun bacanağı və dayısı Ənvər Seyidəliyevin, 80-100 (səksən-yüz milyon) manat daşınmaz əmlakı və xarici banklarda pulu vardır. Bu da öz növbəsində onu deməyə əsas verir ki, bu adamlar ciddi şəkildə korrupsiya ilə məşğuldurlar.

Dövlər başçısı məmurlardan vəzifələrini düzgün yerinə yetirməsini tələb edir. Buna əməl etməyənlər, sui-istifadə edənlər, öz şəxsi maraqlarını güdənlər isə ifşa olunaraq qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan hakimiyyəti işində nöqsanlara yol verən məmurlara qarşı barışmazdır və onlar törətdikləri əməllərə görə layiqli cəzalarını alacaqlar. Varlı nazir və məmurlar dövlət və xalq üçün təhlükəlidir. S. Müslümov və Ə. Seyidəliyevin hektarlarla torpaq sahələri, yüzlərlə biznes obyektləri vardır. Bu ölkədə adət halını almış bir fakt da vardır ki, əgər kimsə məmurdursa, yaxınları da mütləq məmur olmalıdır və bütün biznes sahələri də bu məmur və ailələrinə məxsus olmalıdır. Ömründə bir kitab oxumayıb, fikrini sözlə ifadə edə bilməyənlər, onun-bunun hesabına taxta çıxanlar, min bir hoqqa ilə kiməsə torba tikməklə vəzifə sahibi olan Ə, Seyidəliyev hər fürsətdə Ağsuluları alçaldır, aşağılayır. Vəzifələrə dövlətə, millətə sədaqətli olan şəxslər gətirilməlidir. Bu oliqarxların vəzifəsindən sui-istifadə edərək özü və ya ailə üzvüləri üçün şəxsi biznes qurduğu barədə yazıb danışdıqca, bu oliqarxların biznesi daha da inkişaf edib böyüyür. Elə bil dövlət orqanları bu məlumatları eşitdikcə, bizlərə acıq verirmiş kimi belə oliqarxların biznesinin inkişafına daha çox təkan verirlər.

Azərbaycan respublikasının prezidenti dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsiplərinə əməl olunması ilə bağlı müntəzəm çıxışlar edib, tapşırıqlar verir. Ancaq çox təəssüflər olsun ki, prezidentin bu sözlərinə qulaq asıb əməl edənlər yoxdur.

Mən ümid etmək istərdim ki, mənim üçüncü dəfə etdiyim şikayətim, şikayətçi olduğum şəxsin üzərinə deyil, daha yuxarı instansiyaların nümayəndələrinə göndəriləcək.

İmza:__________ A. Oruclu.


Yazıda adları çəkilən bütün şəxsləri və tərəfləri dinləyib, fikirlərini dərc etməyə hazırıq. /cumhuriyyət

7News.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • PREZİDENTDƏN SƏRƏNCAM - Ağsunun icra başçısı vəzifəsindən azad edildi

    PREZİDENTDƏN SƏRƏNCAM - Ağsunun icra başçısı ...

    30-09-2019, 16:05

  • 
  • "Ənvər Seyidəliyevin əməlləri araşdırılacaq" -QƏRAR VERİLDİ

    "Ənvər Seyidəliyevin əməlləri ...

    8-09-2018, 14:39

  • 
  • Ağsunun başçısı ilə bağlı ilginc iddialar...

    Ağsunun başçısı ilə bağlı ilginc iddialar... ...

    18-02-2019, 10:26

  • 
  • 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – SİYAHI

    17 rayonun icra başçısı vəzifəsindən azad ...

    3-06-2018, 00:17

  • 
  • Ağsu RİH-in icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşüblər -YENİLƏNİB

    Ağsu RİH-in icra nümayəndəsi və icra başçısının ...

    10-11-2017, 10:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu