GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elman Rüstəmovun qaranlıq dosyesinin gizli səhifələri - ona 20 il niyə dözüblər?

Elman Rüstəmovun qaranlıq dosyesinin gizli səhifələri - ona 20 il niyə dözüblər?

Tarix: 30-12-2015, 13:17 Bölmə :Ölkə Baxış: 0
Elman Rüstəmovun qaranlıq dosyesinin gizli səhifələri - ona 20 il niyə dözüblər?

Azərbaycanda milli valyutanın bir il ərzində iki dəfə devalvasiyaya uğramasının əsas günahkarı kimi Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov göstərilir. Elə Milli Məclisin 29 dekabr iclasında da bəzi deputatlar məhz ölkənin baş bankirini hədəf seçib, hətta onun "AXC kadrı” olmasını xatırladanlar belə tapılıb.

20 ildir Mərkəzi Banka rəhbərlik edən Rüstəmovu "AXC kadrı” kimi qələmə vermək, yaxud onun manatın devalvasiyasında əsas günahkar kimi təqdim etmək nə qədər doğrudur? Bu suala dəqiq cavabı qoy sözün həqiqi mənasında müstəqil olan ekspertlər versin.

Bizi isə başqa sual düşündürür: əgər devalvasiyada Mərkəzi Bank rəhbəri həqiqətən də "bir nömrəli günahkar”dırsa və ümumiyyətlə, "yarıtmaz kadr”dırsa, tərcümeyi-halı xüsusilə bir neçə il əvvəl silsilə qalmaqallarla daha da "zənginləşən” Rüstəmovun adı hətta beynəlxalq skandallara belə qarışarkən, o niyə inadla postunda saxlanılırdı? Nə üçün indi baş bankiri "topun ağzına qoyub atanlar” həmin qalmaqallar zamanı da eyni kəskinliklə onu ittiham etmir, istefasını istəmirdilər.
Unudanlar üçün xatırladaq:

Birinci qalmaqal: 2002-ci il. Mərkəzi Bankdan pul oğurluğu!

Azərbaycan mətbuatının 2009-cu ildə yazdıqlarından: "2002-ci ildə dövriyyədən çıxmış əsginasların məhvi zamanı çox maraqlı hadisələr baş verib. Bu əsginasların məhvi bilavasitə Milli Bankın (hazırki Mərkəzi Bankın – İ.H.) İdarə Heyəti sədrinin o vaxtki müavininin rəhbərliyi altında həyata keçirilib. O vaxtlar Mərkəzi Bankın nağd pul ilə iş departamentinin müdiri Malik Abbasov və xəzinə müdiri Firəngiz Hacıyeva məhvetmə komissiyasının üzvləri ilə əlaqəyə girərək məhv edilməli olan əsginas bağlamalarını doğranmış (yəni məhv edilmiş) kimi qələmə veriblər. Sonradan isə bütöv saxlanmış əsginaslar məhv edilənlərlə birlikdə zibil kimi Mərkəzi Bank işçiləri tərəfindən Balaxanı zibilliyinə aparılıb və orada məhv edilmiş pulların arasından götürülüb. Həmin əsginaslar Mərkəzi Bankın Kassa Hesablama Mərkəzi vasitəsi ilə dəyişdirilərək, yenidən xəzinəyə daxil olmuşdur. Doğranmayan əsginasların Mərkəzi Bankdan Balaxanı zibilliyinə aparılmasına xəzinə departamentinin texniki Azad Cəfərov, əsginasların yenidən ərazi idarələrinə göndərilərək dəyişdirilməsinə isə ”nağd pulla iş departamenti"nin direktor müavini Azər Məmmədov rəhbərlik ediblər. Bu əməliyyatlardan təkcə xəzinə müdiri Firəngiz Hacıyevaya 100 min dollar verilməsi də qeyd edilir. Mərkəzi Bankın rəhbərliyi xaricdə həbs edilən Azad Cəfərovun Azərbaycana ekstradisiya edilməsinin heç də marağında deyil və bu işlərin ört-basdır edilməsi üçün onun Bakıya gəlməsinə hər cür maneçilik törədəcək...”

Məlum cinayət Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırılıb, təqsirləndirilənlər arasında Mərkəzi Bankın demək olar, heç bir yüksəkçinlisi olmayıb. İki "Kamaz” yükü pulun oradan çıxarılmasının məsuliyyəti ancaq aşağı vəzifəli şəxslərin üzərinə qoyulub. Həmin vaxt bu rüsvayçı hadisə mümükün olduğu qədər malalanmağa, arxa plana atılmağa çalışılıb, Elman Rüstəmovun baş verənlərdə məsuliyyətini isə azsaylı KİV-lərdən başqa heç kim dilə gətirməyib.

İkinci qalmaqal. 2006-cı il. Bu dəfə Mərkəzi Bankın filialından pul oğurluğu!

O vaxtki Milli Bankın (hazırda Mərkəzi Bank) Lənkəran rayon filialından 100 min yeni manatın oğurlandığı üzə çıxıb. Bu fakt Bankın 2006-cı il iyunun 24-də filialda apardığı yoxlama zamanı aşkarlanıb.

Bundan sonra Milli Bankın məlumatları əsasında Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb.

Həmin cinayət işinin gerçək təfərrüatları da mətbuatdan mümkün olduğu qədər gizlədilib. Və bu dəfə də azsaylı KİV-lər istisna olmaqla, Elman Rüstəmovun hadisədə ən azı mənəvi məsuliyyətini xatırladanlar tapılmayıb...

Üçüncü qalmaqal. 2013-cü il. Beynəlxalq çaplı rüşvət qalmaqalı.

Avstriya Mərkəzi Bankının Baş Şurası bankın vitse-qubernatoru Volfqanq Dukatsekin vəzifəsindən müvəqqəti uzaqlaşdırılması haqda qərar çıxarıb. Xarici KİV-lərin yazdığına görə, bu qərar Dukatsek və digər səkkiz nəfərin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova və Suriyanın Mərkəzi Bankının rəhbərliyinə milli banknotların çapına dair bağlanmış müqaviləyə görə rüşvət ödənilməsi ilə bağlıdır.

Avstriya Prokurorluğu bu korrupsiya qalmaqalı ilə bağlı rəsmi ittihamı açıqlayıb. İttiham aktında göstərilib ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan və banknotların çapını həyata keçirən OeBS şirkətinin rəhbər şəxsləri, habelə ölkənin Mərkəzi Bankının rəhbərliyinə daxil olan şəxslər Azərbaycan manatının çapı üçün bağlanmış müqaviləyə görə rəsmilərə iri məbləğlərdə rüşvət ödəyiblər. Konkret olaraq ittiham aktında şirkət rəhbərlərinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova Panamada qeydiyyatdan keçmiş "Venkoy” adlı offşor şirkət vasitəsilə 14 milyon avro rüşvət verdiyi göstərilib.

Bununla belə, Azərbaycanın beynəlxalq imicinə sarsıdıcı zərbə vuran fakta görə, Elman Rüstəmov nəinki işdən çıxarılmayıb, hətta iqtidar mənsubları və deputatlar onun barədə "güldən ağır” heç bir açıqlama verməyiblər. Sanki bu rüşvət qalmaqalının Azərbaycana və hakimiyyətə heç bir dəxli yoxdur! Halbuki normalda, artıq rəsmi təsdiqini tapmış bu fakt nəinki Mərkəzi Bankın başçısının, hətta bütövlükdə hökumətin istefaya göndərilməsi əsas yaradırdı.

Sonda:

Yuxarıda sadalananlar Mərkəzi Bank sədrini indiyədək görəvdən almaq üçün yaranmış real əsasların kiçik bir hissəsidir. İndi soruşmaq ehtiyacı yaranır? Indiyədək E. Rüstəmovun nəinki işdən azad edilməsi, hətta daha ağır formada cəzalandırılması üçün dəfələrlə ciddi səbəblər ortaya çıxdığı halda, buna göz yumulubsa, hətta həmin səbəblər müxtəlif vasitələrlə "xalça altına süpürülüb”, ya da unutdurulkmağa çalışılıbsa, indi manatın başına gələnlərə görə Yalnız onu ittiham etmək, hədəf göstərmək, hətta "AXC kadrı” olduğunu xüsusi qabardaraq mövcud hökuməti məsuliyyətdən kənarlaşdırmağa çalışmaq nə qədər doğru və nə qədər məntiqlidir?

Ola bilər, Elman Rüstəmov bugünədək ona görə "toxunulmaz” saxlanılırdı ki, nə vaxtsa, məqam yetişəndə "suç keçisi” elan olunaraq "qurbanlıq” seçilsin, bütün ictimai qəzəb və aqressiya da ona yönəldilsin. Ki, bütövlükdə hökuməti "sudan quru çıxarmaq”, "məsum göstərmək” mümkün olsun.

Qaynar.info
İlkin Hüseynli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmov haqqında İLGİNC İDDİA - Mənzil kolleksiyası var imiş...

    Elman Rüstəmov haqqında İLGİNC İDDİA - Mənzil ...

    4-05-2021, 09:55

  • 
  • Elman Rüstəmov işdən çıxarılır

    Elman Rüstəmov işdən çıxarılır ...

    30-03-2014, 15:00

  • 
  • Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır

    Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır ...

    1-04-2020, 10:55

  • 
  • ELMAN RÜSTƏMOVUN MÜAVİNİ DİNDİRİLDİ – “Mahmudovun tapşırığı ilə….”

    ELMAN RÜSTƏMOVUN MÜAVİNİ DİNDİRİLDİ – “Mahmudovun ...

    11-01-2017, 00:30

  • 
  • SON DƏQİQƏ: Baş bankir də istefa verdi

    SON DƏQİQƏ: Baş bankir də istefa verdi ...

    24-10-2019, 13:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu