Bakıda səfirlik avtomobili qəzaya düşüb. Lent.az-ın məlumatına görə, H.Z.Tağıyev küçəsində Braziliya səfirliyinə məxsus olan "Toyota" markalı D 053 01 nömrə nişanlı minik avtomobili ilə Ədalət Feyziyevin sürdüyü "Mercedes" toqquşub. Nəticədə hər iki avtomobilə yüngül ziyan dəyib, xəsarət alan olmayıb.
Qəzaya düşən "Toyota" Braziliyanın Azərbaycandakı səfirinin xidməti maşını olub və hadisə vaxtı maşını səfirin sürücüsü Əliquliyev Fuad Əfəndi oğlu idarə edirmiş.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?