"Azəryem Sənaye MMC"-ə məxsus zavodda partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən axar.az-a verilən məlumatda bildirilir ki, bu gün saat 10:30-da Balakən şəhərində "Azəryem Sənaye MMC"-ə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, 2 nəfərin xəsarət alıb.
FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.
Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?