Qazaxıstanda ABŞ dollarının milli valyuta - tengeyə qarşı məzənnəsi bu gün 351,8 KZT/USD-yə yüksələrək tarixi maksimal həddə çatıb. gundemxeber.az Report-a istinadən bildirir ki, bununla da Qazaxıstan Fond Birjasında (KASE) məzənnə psixoloji hədd sayılan 350 tengeni keçib.
Tengenin bundan əvvəlki tarixi minimal səviyyəsi 2015-ci ilin dekabrın 21-də qeydə alınıb və 349,1 KZT/USD təşkil edib. Qeyd edək ki, Qazaxıstan 2015-ci il avqustun 20-də "üzən məzənnə" rejiminə keçib və elə həmin gün rəsmi məzənnə 35% yüksələrək 188 KZT/USD-dən 255 KZT/USD-yə çatıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev noyabrın əvvəlində Qazaxıstan Mərkəzi Bankının sədrini tengeyə inamın itməsi səbəbi ilə istefaya göndərib, bundan bir neçə gün sonra tenge bir qədər də devalvasiya olaraq 300 KZT/USD həddini aşıb.
Qazaxıstan Mərkəzi Bankı yanvarın 5-dən yeni texniki normativlər tətbiq etməyə başlayıb. Bu normativlərə əsasən, gün ərzində Almatı saatı ilə 15:30-a formalaşan orta məzənnə sabahkı günün rəsmi məzənnəsi kimi qəbul edilir. Ekspertlər məzənnənin artıq mart ayına qədər 400 KZT/USD həddinə çatacağını düşünürlər.
Qeyd edək ki, Azərbaycanda da hazırda bənzər sistemlə sabahkı günün AZN/USD məzənnəsi formalaşır. AMB-nin keçirdiyi hərraclarda "ən yaxşı qiymət"ə satılan valyutanın satış məzənnəsi sabahkı günün rəsmi məzənnəsi kimi açıqlanır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?