Müğənni Rəqsanə İsmayılova vergi borclarından danışıb.
Axşam.az-a açıqlama verən ifaçı tezliklə borcunu ödəyəcəyini bildirib:
"Deyirlər ki, müğənnilər vergidən yayınmaq üçün toy qiymətlərini gizlədirlər. Xeyr, mən heç kimdən qorxmuram, çəkinmirəm. Əgər biz vergi ödəmək iqtidarındayıqsa, bunu edəcəyik. Nə olsun ki, mən Rəqsanəyəm. Mən də Azərbaycan vətəndaşıyam.
Əgər bu qanun qoyulursa, biz də vergimizi ödəyəcəyik. Nə üçün qorxmalıyam? Hətta toy qiymətimin 7 min manat olması ilə bağlı xəbərin yalan olduğunu deməyə də çəkinmirəm. Toya ondan da baha qiymətə gedirəm. Hər şey qanun çərçivəsində həll olunacaq".
Qeyd edək ki, R.İsmayılovanın 4 min manat vergi borcu olduğu açıqlanmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?