Avstraliyalı model Miranda Kerr keçmiş həyat yoldaşı Orlando Blumdan ayrıldıqdan sonra yeni sevgilisini oğlu ilə tanış etməsindən danışıb.
Big.az xarici mətbuata istinadən bildirir ki, 16 yaşında sevgilisini itirən model o hadisədən sonra depressiyaya düşdüyünü və daha sonra Orlando Bluma aşiq olduğunu söyləyib.
2010-cu ildə Orlando ilə evlənən model 3 ildən sonra evliliyini sonlandırıb. Hazırda onunla dost qaldığını və "Snapchat"ın qurucusu Evan Şpigel ilə sevgili olduğunu bildirib. "Sevgidən qorxmamağa qərar vermişəm", - deyən model özündən 7 yaş balaca sevgilisinin oğlu ilə dost kimi münasibət qurduğunu da sözlərinə əlavə edib. Keçmiş həyat yoldaşı Orlando da Evanın möhtəşəm biri olduğunu düşünür. "Biz böyük və modern bir ailəyik", - deyən model açıqlamasını sonlandırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?