Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.
APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb.
Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?