Ağcabədidə intihara cəhd edənlər fikirlərindən daşındırılıblar
Ağcabədi rayonunda intihara cəhd edən üç nəfər fikrindən daşındırılıb.
Ağcabədi şəhərində 5 mərtəbəli yaşayış binasının damına çıxaraq özünü oradan atacağını deyən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin apardıqları danışıqlardan sonra aşağı eniblər.
Xocavənd və Ağdam rayon sakinləri olduğu deyilən 20-25 yaşlarında üç oğlanı fikrindən daşındırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlar, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəliblər.
Hazırda intihara cəhd edən şəxsləri fikirlərindən daşındırmaq üçün söhbət aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?