Yanvarın 5-də Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında öz evində qətlə yetirilən "Qızıl Məryəm" kimi tanınan iş adamı Məryəm Namidzadə barədə yeni faktlar ortaya çıxıb.
gundemxeber.az Ölkə.az-a istinadən bildirir ki, biznes-ledini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Günel Hüseynova onun doğma qızı deyilmiş. Belə ki, o, Güneli uşaq evindən götürüb saxlayırmış. Sonradan G.Hüseynova bu barədə xəbər tutub və Məryəm Namidzadəylə münasibətlərində soyuqluq yaranıb.
Xatırladaq ki, 1960-cı il təvəllüdlü, xüsusi amansızlıqla öldürülmüş Məryəm Namidzadənin yanvarın 5-də yaşadığı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyidi aşkar edilib.
Qeyd edək ki, o, Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?